ABŞ
Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
Ağ Ev öz mətbuat katibi Keti Zakariyanın debütündən narazıdır və onu işdən çıxarmaqla hədələyir.
Publika.az xəbər verir ki, bu barədə “MS Now” telekanalı məlumat yayıb.
“Kürsü arxasında duruş gətirmək asan deyil. Lakin o, işə yanlış addımla başladı. O, tez bir zamanda qat-qat yaxşı işləməyə başlamalıdır, əks halda Skaramuççinin rekordunu təzələyəcək”, — deyə Ağ Ev nümayəndəsi bildirib.
Entoni Skaramuççi Ağ Evin keçmiş kommunikasiyalar üzrə direktorudur. O, 2017-ci ildə ABŞ Prezidenti Donald Tramp tərəfindən cəmi on günlük fəaliyyətindən sonra vəzifəsindən kənarlaşdırılmışdı.
Oktyabrın 9-da Donald Tramp sosial şəbəkələrdə mühafizəkar şərhçi Keti Zakariyanın Ağ Evin mətbuat katibi vəzifəsinə təyin olunduğunu elan edib. ABŞ lideri qeyd edib ki, buna qədər Zakariya “Truth Social” şirkətində (“Trump Media & Technology” şirkətlər qrupu) kommunikasiyalar üzrə baş müşavir vəzifəsini tutub və orada özünü yalnız ən yaxşı tərəfdən göstərib.
Hüseyn İbadlı
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO










.jpg)








.jpg)




.jpg)











