Yeni və gözəl Qrenlandiyamız – Tramp adada kəşfiyyat işlərinin anonsunu verdi
Bizi izləyin

ABŞ

Yeni və gözəl Qrenlandiyamız – Tramp adada kəşfiyyat işlərinin anonsunu verdi

Yeni və gözəl Qrenlandiyamız – Tramp adada kəşfiyyat işlərinin anonsunu verdi

ABŞ prezidenti Donald Tramp Qrenlandiyada genişmiqyaslı neft, qaz və mineral kəşfiyyatına hazırlıqları elan edərək, adanı "yeni və gözəl" adlandırıb.

Publika.az xəbər verir ki, lakin Tramp planların təfərrüatları barədə heç bir məlumat verməyib.

O, bu barədə “Truth Social” platformasındakı paylaşımında yazıb:

"Yeni və gözəl Qrenlandiyamız neft, qaz və minerallar üçün genişmiqyaslı kəşfiyyat işlərinə başlamaq üzrədir".

ABŞ prezidenti əlavə edib ki, "asanlıqla əldə edilə bilən neftin həcminin dünyanın demək olar ki, hər hansı digər bölgəsindən daha çox olduğunu deyən mütəxəssislər var".

Tramp həmçinin Qrenlandiyanın ABŞ-ın Avropadakı müdafiəsindəki rolunu vurğulayaraq qeyd edib ki, ABŞ-a qarşı "gələcəkdə hər hansı bir hücum" yarımmuxtar ada vasitəsilə həyata keçirilməlidir, "müdafiə qüvvələrimiz burada müntəzəm olaraq dronları, raketləri və ya hələ icad edilməmiş digər silahları vuracaq".

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm