ABŞ
Nidal Həsən belə edam ediləcək - Tramp qadağa qoydu
Kütləvi qətl törətmiş hərbi psixiatr Nidal Həsənin güllələnməsi canlı efirdə yayımlanmayacaq.
Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində elan edib.
“O planlaşdırıldığı kimi güllələnmə yolu ilə edam ediləcək, lakin bu hadisənin yayımı olmayacaq”, — deyə Tramp yazıb.
Ağ Ev rəhbəri hansı konkret şəxslərdən söhbət getdiyini dəqiqləşdirmədən, bir çox “yaxşı insanın” edamın yayımlanmasına qarşı çıxdığını qeyd edib.
Ötən gün CNN telekanalı mənbələrə istinadl xəbər verib ki, Tramp və onun müşavirləri Həsənin güllələnməsinin canlı yayımlanmasından imtina edilməsi ehtimalını müzakirə edirlər. Bildirilib ki, dövlət başçısı ictimai yayım planlarından dərhal xəbər tutmayıb və ilk vaxtlar buna necə münasibət bildirəcəyini anlamayıb. Bununla belə, o, bu şəxs barəsində edam qərarını qətiyyətlə dəstəkləyib.
Həsən 2009-cu ilin noyabrında Fort-Xud bazasında 12 hərbçini öldürüb, 32 nəfəri isə yaralayaraq bunu İraq və Əfqanıstandakı hərbi əməliyyatlara görə qisas adlandırıb. 2013-cü ildə o, ölüm cəzasına məhkum edilib və hazırda Kanzas ştatının Levenuort həbsxanasında hökmün icrasını gözləyir.
Dekabrın 3-nə Fort-Xud bazasında təyin edilmiş edam İkinci Dünya müharibəsindən bəri ABŞ ordusunda ilk, həmçinin 65-dən çox yaşı olan hərbi qulluqçu barəsində ölüm hökmünün icrası ilə bağlı ilk hal olacaq.
Məhkumun ictimai edam edilməsinə görə BMT daha əvvəl Amerika hakimiyyətini işgəncələrdə ittiham etmişdi.
Hüseyn İbadlı
-
ABŞ20:00Nidal Həsən belə edam ediləcək - Tramp qadağa qoydu
-
Dəb19:24Cinsin əvəzinə çinos gəlir - Payızda dəbdə olacaq
-
Nida Xəbər 17:50Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı
-
Rəsmi xronika15:42Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında... - FOTO
-
Nida Xəbər 15:22Hindistan Azərbaycana təşəkkür etdi
-
Nida Xəbər 14:48Lavrov Azərbaycanın AQEM-ə sədrliyinin uzadılmasını alqışladı
-
ABŞ14:04Trampın kürəkəninə qarşı məhkəmə iddiası: Gizlətdiyi nədir?
-
Nida Xəbər 12:56Sərhədin hər iki tərəfində anklav və ya eksklav olmamalıdır - Paşinyan





































