Art
Azərbaycanın "İkinci güllə"si Fransada - FOTO
Ölkəmiz Fransada "Qadın hüquqları və Kino" festivalında təmsil olunub.
Publika.az xəbər verir ki, Parisdə Elie Wiesel İnstitutunda "Qadın hüquqları və Kino" festivalı çərçivəsində Natiq Rəsilovun "İkinci güllə" qısametrajlı filmi nümayiş olunub.

Filmin nümayişi Fransa Milli Assambleyasının himayəsi altında, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, Schroders (Britaniyada aktivlərin idarə edilməsi üzrə beynəlxalq qrup), Fransada Azərbaycanın Dostları Assosiasiyasının, Elie Wiesel İnstitutu və SFİL (Fransa inkişafı üzrə ictimai bankı) birgə təşkilatçılığı ilə keçirilən "Qadın hüquqları və Kino" festivalı çərçivəsində baş tutub.
Fransada Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti Jan Fransua Mansel fransalı kino həvəskarlarına Azərbaycanda qadınların cəmiyyətdəki rolu, onlara 100 il bundan qabaq səsvermə hüququnun verilməsi, qadın hüquqları kimi vacib məsələyə Azərbaycanda bu gün dövlət səviyyəsində böyük qayğı ilə yanaşılması haqqında, eləcə də təşkilatın bu mövzuda müxtəlif layihələri haqqında məlumat verib.

11 dekabr Fransa Milli Assambleyasında başlamış festival bu gün Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində qaliblərə mükafatların təqdimat mərasimi ilə başa çatacaq.
Leyla Sarabi
-
Nida Xəbər 20:00Azərbaycanda gömrük rüsumları ilə bağlı yeni qərar qüvvəyə mindi
-
Kriminal19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
-
Sosial17:31Buraxılış imtahanının nəticələri elan olundu
-
Sosial17:03Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTO
-
Sosial14:51Partlayışda yaralanan həkim dünyasını dəyişib?
-
Qarabağ 14:42Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında oldu







.jpg)





















.png)

.jpg)






