Art
Akademik Milli Dram Teatrına dövlət statusu verilməsinin 100 illiyi qeyd edildi - FOTO
Bu gün Akademik Milli Dram Teatrına dövlət statusu verilməsinin 100 illiyi münasibətilə təntənəli tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, teatrın direktoru Azər Paşa Nemətov, teatrın aktyor heyəti, Xalq artistləri, tanınmış ictimaiyyət nümayəndələri və mədəniyyət xadimləri iştirak edib.
Qonaqları salamlayan Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti, professor Azər Paşa Nemətov çıxış nitqi ilə tədbiri açıq elan edib.
"Bu gün bayram deyil, qürur, gerçəklik və doğum günüdür. 100 il əvvəl, 1919-cu ildə Cümhuriyyətin dövlət xadimləri səhiyyə, təhsil və mədəniyyət sahələrinə böyük önəm verirdilər. 1919-cu ildə kiçik dəstələrdən ibarət teatr truppaları birləşdirilərək ilk dövlət teatrı yaradılıb. O gündən də bizim teatrın tarixi başlayıb. O Yaxın Şərqdə və regionda ilk dövlət teatrı oldu. Teatrın yaranması heç də asan olmayıb, çox ağır inkişaf yolu keçib və uğurlara imza atıb. Bu sənət ocağının səhnəsində isə ilk olaraq “Azər və Baycan” adlı tamaşa nümayiş olunub", - deyə Azər Paşa Nemətov qeyd edib.
Daha sonra Xalq artisti 1930-cu illərin repressiyalarının ölkəmizə və mədəniyyətimizə vurduğu zərərlərdən söz açıb: "Edam, repressiya və sürgünə məruz qalan insanlar arasında bu teatrın da aktyorları var idi. Sonrakı illərdə aktyorlarımızın böyük hissəsi İkinci dünya müharibəsində həlak oldu".
Teatrın bugünkü uğurlarından söz açan Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru onun çiçəklənmə dövrünün 1969-cu ildən sonraya təsadüf etdiyini xüsusi vurğulayıb: "1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra teatra çox böyük dəstək göstərib. O, hər dəfə bizim premyeralara gələr, tamaşalardan sonra səhnə arxasında aktyorlarla görüşər, hamısı ilə bir-bir maraqlanardı. Onun qayğısı nəticəsində aktyorlarımız mükafat və fəxri adlarla təltif edilib, evlə təmin olunublar. Biz sevinirik ki, bu gün bu yol Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirir. Dövlətimizin başçısı heç zaman teatra biganə yanaşmayıb. Çox sevinirəm ki, Prezident İlham Əliyev iyulun 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bu, bir daha göstərir ki, dövlətimizin başçısı teatrı unutmur, teatrı yaşadır”.
Mədəniyyət Naziri Əbülfəz Qarayev çıxışında bildirib ki, Azərbaycan teatrı 147 illik tarixi ərzində cəmiyyətin mənəviyyatının bir hissəsi olub və bu duyğular dəyişilmədən bu gün də bizimlə yaşamağa davam edir: "Azərbaycan Cümhuriyyətinin tarixində çoxsaylı qətiyyətli və lazımlı qərarlar verilmiş, qurumlar yaradılmışdı. Bu qərarlar bu gün də müstəqil Azərbaycanın dövlət idarəetmə sisteminin təşkilində böyük rol oynayıb. Ordu və parlamentimiz yaradıldı. Cümhuriyyətin daha bir böyük uğuru dövlət səviyyəsində teatrın yaradılması oldu. 24 oktyabr 1919-cu ildən Azərbaycan teatrının yeni tarixi başladı. Nə gözəl ki, müstəqil Azərbaycan bu tarixi yaşadır və daha uca zirvələrə aparır. Son illərdə Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın səyləri sayəsində Azərbaycan teatrı intibah dövrünü yaşamaqdadır. Bu il fövqəladə bir il oldu, onun əhəmiyyəti ondan ibarətdir ki, teatrlara yeni nəfəs verildi, onların yeni yaradıcılıq mühiti formalaşdı. Çünki teatrın birdən-birə cəmiyyətdə yeni siması göründü. İnanırıq ki, növbəti illərdə teatrın inkşafı daha parlaq və yüksək olacaq".
Nazir sonra Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə teatr əməkdaşlarını təltif etməsi haqqında sərəncamlarını oxuyub.
Təntənəli yubiley gecəsi Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının təşkilatçılığı, Azərbaycan Dövlət Teatr Muzeyinin dəstəyi ilə baş tutub. Yubileydə teatrın tarixinə nəzər salınıb, keçdiyi sənət yolu haqqında video-çarxlar nümayiş olunub, dünya teatr xadimləri və rejissorların – Aleksandrinski Teatrının Bədii rəhbəri Valeri Fokinin, Bolqarıstan Milli Teatrının direktoru Marius Donkinin, Moskva Böyük Teatrının solisti Elçin Əzizovun, Moskva Satira Teatrının bədii rəhbəri Aleksandr Şirvintin, Sankt-Peterburq "Malıy" Dram Teatrının bədii rəhbəri və direktoru Lev Dodin və başqalarının təbrikləri səsləndirilib. Mərasimdə eyni zamanda teatrın 100 illik yubileyinə həsr olunan "Akademik Milli Dram Teatrı - 100" kitab-albomu təqdim edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, teatrın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planının Azərbaycan Teatr Xadimləri İttifaqının təklifləri nəzərə almaqla hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb. Sərəncamda vurğulanır ki, 2019-cu ilin oktyabr ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının fəaliyyətə başlamasının 100 illiyi tamam olur.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yarandığı vaxtdan etibarən klassik ənənələrə əsaslanmaqla yanaşı, müasir səhnə mədəniyyətinin zirvələrinə doğru inamla irəliləyərək qısa müddətdə zəngin inkişaf yolu keçib. Milli Dram Teatrı eyni zamanda dünya dramaturg irsində fəxri yer tutan və ümumbəşəri ideallar ifadə edən qiymətli əsərləri səhnələşdirməklə Azərbaycan səhnə sənətinin dünya mədəniyyəti ilə daha da yaxınlaşmasında fəal rol oynayıb. Milli Dram Teatrında Azərbaycan səhnəsinin ən qüvvətli aktyorlar nəsli yetişib. Hazırda öz inkişafının yeni mərhələsinə qədəm qoyan teatr Azərbaycanın özünəməxsus teatr ənənələrinin qorunub saxlanılmasında və dövlətin mədəniyyət siyasətinin gerçəkləşdirilməsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməkdədir.
Aytən
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Romantik sürprizlə qarşılaşa bilərsiniz
-
Sosial8 Oktyabr 23:48
Əkrəm Hüseynzadə VƏFAT ETDİ - FOTO
-
ABŞ8 Oktyabr 22:50
Polisi evə gətirən "yaxşı qız" 84 yaşlı sahibinin həyatını XİLAS ETDİ
-
Hadisə8 Oktyabr 22:12
Bakıda xəstəxana yaxınlığında baş verən yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Magazin18 Oktyabr 21:36
Səma Abiyeva mini ətəkdə pozalar verdi - FOTO
-
Yaxın Şərq8 Oktyabr 21:24
Netanyahu Nəsrullahın iki varisinin məhv edildiyini ELAN ETDİ
-
Magazin18 Oktyabr 21:00
Zümrüd ayda bu qədər QAZANIR
-
Hadisə8 Oktyabr 20:24
Bakıda kişi avtomobildə əyləşən qadını döydü - Hadisə yerindən GÖRÜNTÜLƏR