Art
Nəsimiyə Azərbaycan pasportu verək - Allahşükür Paşazadə
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “Nəsimi-650: Haqqın carçısı” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
Publika.az xəbər verir ki, tədbir Qurani-Kərimin oxunması ilə başlayıb.
Daha sonra Şeyxülislam Allahşükür Paşazadə çıxış edib:
“Nəsimi ili”nin elan edilməsi Azərbaycan xalqının milli-mənəviyyatına verilən bir qiymətdir. Nəsimi böyük şəxsiyyətdir, əhli-beyt şairidir. O dövrdə onun əzab çəkməsi, şəhid olmasına gətirib çıxaran məsələlərdən biri də məzhəblərin qarşı-qarşıya olmasıdır. Amma Nəsimi hər zaman Allah aşiqi olub. Hələ sovet dövründə ümumilli lider Heydər Əliyev Suriyaya səfəri zamanı Nəsiminin qəbrini ziyarət elədi. O gündən Nəsimiyə verilən qiymət dəyişdi. Deyərdim ki, “Nəsimi ili”nin keçirilməsi üçün nə imkan vardısa, Heydər Əliyev onu sovet dövründə elədi. Nəsimi də sovet pasportu aldı. Mən buna da heyfslənmirəm. O dövrdə Nəsimi haqqında yazılan kitabların məğzinə baxanda onu allahsızlığa tərəf sürükləmək, bununla onu müasirləşdirmək istəyirdilər. Amma bu, Nəsiminin düşüncəsinə kölgə salmaq idi. Allaha şükür ki, cənab İlham Əliyev “Nəsimi İli” haqqında fərman verdi. Həqiqətən onun haqqında çox işlər görüldü. Mən iki dövrün - həm sovet, həm müstəqil Azərbaycan dövrünün şeyxülislamı olduğum üçün kommunist rejiminin apardığı siyasəti çox gözəl bilirəm. Çox heyfslənirəm, bəzi yazılarda, məqalələrdə də o təsiri hələ də görəm. Bəzən Nəsiminin allahsız tərəfə döndərmək cəhdlərini müşahidə edirəm. Nəsimi özünün seyid, haqq aşiqi olması ilə sevinərdi, fəxr edərdi. Vüsal müəllimin Nəsimi haqda kitabını oxudum, amma onun fikirləri ilə tam razı deyiləm.
.jpg)
Bu elan olunmuş il Nəsimiyə sığmır. Ona görə gələcəkdə elm adamları, akademiklər, din xadimləri, təfsirçilər fəza, həndəsə elmlərinin düşüncəsini də birləşdirərək bəlkə də Nəsimidən bəzi şeyləri gələcək nəslə saxlaya bildi. Təəssüflənirəm ki, biz Nəsimiyə müstəqil Azərbaycanın pasportunu verə bilməmişik. İstəyərdim ki, Nəsimiyə Azərbaycan pasportunu verə bilək. Nəsimi də bizim şəhidimiz idi, ona da Allahdan rəhmət diləyirəm. Bugünkü konfrans Nəsimini tanımaq üçün böyük töhfə olacaq. Gələcəkdə Nəsiminin araşdırılması üçün xüsusi qrupun yaradılması mənim arzumdur”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular











.png)

























.jpg)

.jpg)
