Art
Nəsiminin 650 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər davam edir
Dahi Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər Dövlət Sərhəd Xidmətində böyük təntənə ilə qeyd edilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Publika.az-a daxil olan məlumata görə, hərbi hissə və bölmələrdə keçirilən seminarlarda, ədəbi-bədii gecələrdə elm və incəsənət xadimləri, yerli icra hakimiyyəti orqanlarının və ictimaiyyətin çoxsaylı nümayəndələri iştirak edirlər.
Bu tədbirlər çərçivəsində dekabr ayının 27-də Dövlət Sərhəd Xidmətinin Akademiyasında Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədlinin və AMEA-nın filologiya üzrə fəlsəfə doktoru, Nəsimişünas alim Səadət Şıxıyevanın iştirakı ilə keçirilən tədbirdə Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustası, şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış, bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmiş, dərin poetik fikirləri ilə dövrün elmi-fəlsəfi düşüncələrinin ifadəçisinə çevrilmiş, adı mərdlik, fədakarlıq və iradə rəmzi kimi çəkilən dahi İmadəddin Nəsiminin həyat və yaradıcılığından ətraflı məlumat verilib.
Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olması və məhz dahi öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyinin YUNESKO-nun tədbirləri siyahısına daxil edilməsi və 1973-cü ildə beynəlxalq miqyasda qeyd edilməsi xüsusi olaraq vurğulanıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğısı ilə 2017-ci ildə Parisdə Nəsiminin ildönümünün qeyd olunması, ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə Nəsimi poeziya festivalının keçirilməsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması bir daha ölməz şairin yaradıcılığına, onun irsinə töhfə olmaqla yanaşı, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə və milli-mənəvi dəyərlərimizə dövlətimiz tərəfindən göstərilən ehtiramın ifadəsi böyük minnətdarlıqla qеyd еdilib.
Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin kursantları tərəfindən İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş olunub .
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





