Art
Yuğ Dövlət Teatrında Nəsiminin 650 illiyinə ithaf olunmuş tamaşanın premyerası oldu
Yuğ Dövlət Teatrında mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş “Mənəm, mən...” tamaşasının premyerası baş tutub. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, millət vəkili Rəbiyyət Aslanova, Xalq yazıçısı Elçin, Xalq artistləri Oqtay Mir-Qasım, Mehriban Zəki, Aygün Səmədzadə, professor Aydın Talıbzadə və digər tanınmış mədəniyyət, incəsənət və elm xadimləri iştirak ediblər.
Nümayişdən öncə teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə çıxış edərək tamaşa haqqında məlumat verərək bildirib ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə ithaf olunan tamaşa Yuğ Dövlət Teatrı və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi əsasında hazırlanıb.
Ölkəmizdə “Nəsimi ili” çərçivəsində keçirilən silsilə tədbirlərdən bəhs edən rejissor, hazırkı premyeranın da reallaşan tədbirlərin davamı olduğunu qeyd edib. Səhnə əsərinin yaradıcı heyətini tədbir iştirakçılarına təqdim edən M.Ələkbərzadə layihənin həyata keçməsində əməyi olan hər kəsə, o cümlədən tamaşaçılara təşəkkürünü bildirib.
Yazıçı, dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanmış tamaşanın quruluşcu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadə, platsik həllin müəllifi Ceyhun Dadaşov, rejissor assistenti Günel Səfərovadır. Janrı mistik-psixoloji dram kimi təyin olunan səhnə əsərində aktyorlar Xalq artisti Məmməd Səfa (Şeyx Əzəm Şəmsəddin Bağdadi), Əməkdar artist Qasım Nağı (Hürufi ilahi şeir), aktyorlar Əbdülqəni Əliyev (Hürufi elmi-ilahi), Ziya Ağa (Seyid Əli Şamlı), Vüqar Hacıyev (Hürufi eşqi-ilahi), Elgün Həmidov (Hürufi ilahi yazı), Amid Qasımov (Hürufi övliya ullah) və Elşən Əsgərov (Fərraş) çıxış edirlər.
1 saat 35 dəqiqə davam edən tamaşa mütəxəssislər və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
-
Rəsmi xronika13:38İlham Əliyevin sosial media hesablarında Buxaraya getməsinə dair video paylaşıldı
-
Region13:01Paşinyandan Aİ ilə bağlı gözlənilməz qərar: Ermənistan üzvlük üçün müraciətə başlayır
-
Yaxın Şərq11:33İranda rejim təşvişdə: Yeni etiraz dalğası başlayır?
-
Rəsmi xronika11:19İlham Əliyev Zelenskiyə təbrik məktubu göndərdi
-
Rəsmi xronika11:15Buxara Hava Limanı Azərbaycan Prezidentini qarşılamağa hazırlaşır - VİDEO
-
İdman10:38Maradonanın əli ilə qol vurduğu o top görün neçə milyona satıldı - FOTO/VİDEO
-
Yaxın Şərq10:17İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
-
MDB09:42Lukaşenkodan ukraynalılara müraciət: Bu yol hər kəs üçün açıqdır








.jpg)







.jpg)


















