Art
Əbülfəs Qarayev mədəniyyət ictimaiyyətini təbrik etdi
Mədəniyyət naziri Əbülfəs Qarayev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib.
Mədəniyyət Nazirliyindən Publika.az-a verilən məlumata görə, təbrikdə vurğulanır ki, respublikamıza rəhbərliyinin hər iki dövründə mədəniyyətimizin himayədarı olmuş ulu öndər Heydər Əliyevin bu mütərəqqi siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlət başçısının uğurlu siyasəti nəticəsində ölkəmizin əldə etdiyi nailiyyətlər, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı da sevindirir. Bu gün mədəniyyətimizin, xüsusilə də musiqimizin sorağı Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda eşidilir, onun zənginliyi, ecazkarlığı insanları heyrətə salır.
Qeyd olunur ki, 2019-cu ildə ölkəmiz bir sıra mühüm beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Bu il eyni zamanda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Azərbaycan paytaxtında gerçəkləşdi. Sessiya həm də Şəki şəhərinin tarixi mərkəzinin (Xan sarayı ilə birlikdə) Dünya irs siyahısına salınması ilə yadda qaldı. Mədəni irsimizi dünyaya tanıdan bu böyük işlər ölkə başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi və qayğısı, Mədəniyyət Nazirliyi və digər qurumların birgə əməkdaşlığı sayəsində reallığa çevrildi. Bütün bunlar həm də Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun, ölkəmizə göstərilən yüksək etimadın örnəkləridir.
Təbrikdə diqqətə çatdırılır ki, Prezident İlham Əliyevin sərəncamı ilə elan olunan “Nəsimi ili” ölkəmizdə və onun hüdudlarından kənarda, o cümlədən UNESCO-da silsilə tədbirlərlə qeyd edilərək eyni zamanda bir mədəniyyət, ədəbiyyat, söz və sənət ili kimi tariximizə yazıldı. Dahi söz ustadının anadan olmasının 650-ci ildönümündə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə ikinci dəfə gerçəkləşən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı şairin zəngin irsinin öyrənilməsində və təbliğində mühüm rol oynadı. İl ərzində həmçinin dövlət başçısının sərəncamları əsasında Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının inkişafında xüsusi rol oynamış şəxsiyyətlərin yubileyləri qeyd olundu.
Təbrikdə daha sonra deyilir: “Bu il də mədəniyyətin müxtəlif sahələrində uğurla fəaliyyət göstərən insanların zəhməti möhtərəm Prezidentimiz tərəfindən qiymətləndirildi, onlar dövlət təltiflərinə layiq görüldülər. Mədəniyyətimizin bu səviyyəyə çatmasına mühüm töhfələr vermiş görkəmli sənətkarların xatirələri yubiley mərasimlərində, anım tədbirlərində bir daha yada salındı. Mədəniyyət ənənələrə söykənən davamlı bir prosesdir. Ona görə də ölkəmizdə bu sahənin inkişafı üçün irs və müasirlik vəhdət təşkil edir. Eyni zamanda qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün əsas hədəfimiz müasir texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi və göstərilən xidmətləri çağımızın tələbləri səviyyəsinə qaldırmaqdan ibarət olmalıdır”.
Nazir müraciətinin sonunda bir daha respublikamızda mədəniyyət sahəsində çalışan bütün insanları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, hər kəsə cansağlığı, ailə səadəti və yeni uğurlar arzulayıb.
-
Magazin103:35
O mahnıları məndən istəsələr də, oxumaram - Üzeyir Mehdizadə
-
İdman02:43
Kim deyir ki, Messi məndən yaxşıdır? – Ronaldo bu sualı verdi və... - VİDEO
-
Qoroskop01:10
Günün qoroskopu: gözlənilməz hadisələr baş verəcək
-
Hadisə00:35
Azərbaycanda nazirlik əməkdaşı intihar etdi
-
Nida Xəbər 00:15
Mehriban Əliyevadan Prezidentin doğum günü ilə bağlı PAYLAŞIM
-
Kriminal23 Dekabr 23:05
Azərbaycanda əxlaqsızlığı təbliğ edən tiktokerlər saxlanıldı - Foto
-
Magazin223 Dekabr 22:15
Haluk Levent xəstəxanalıq oldu
-
Hadisə23 Dekabr 22:07
Bakıda uçqun oldu - Ölən var