Art
Xalq artisti: "Hamilə qadınının göz yaşları..." - AÇIQLAMA
Xalq artisti Gülyanaq Məmmədova Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan SSR xalq şairi Süleyman Rüstəmin “Ana və poçtalyon” əsəri əsasında çəkilən eyni adlı qısametrajlı bədii filmə çəkilib.
Publika.az xəbər verir ki, ilk dəfə özünü aktrisa kimi sınayan xalq artisti Gülyanaq Məmmədova Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
"O vaxt körpə uşaqlı, hamilə qadınlar gözü yaşlı həyat yoldaşılarını müharibəyə göndərirdilər, bilmirdilər ki, gələcək, ya yox. Film "Ana və paçtlayon" adlanır. Filmin ideya müəllifi Etibar Babayev, rejissor Elnur Məmmədov, ssenari müəllifi Afaq Əhmədova aiddir.
Filmdə xalq artisləri Həmidə Ömərova, Mahmud Məhərrəmov baş rolda oynayırlar. Biz də onların qonşuları obrazında oynayırıq. Diktorlarımız Sevda Ağazadə, Kəmalə Əzizqızı da oynayır.
Mənim həyat yoldaşım obrazında xalq artisti Ənvər Sadıqov oynayır. Filmi xalq artisti Rasim Balayev səsləndirir.
Bu filmdə rol almaq mənim üçün çox xoşdur. Etibar Babayev və Azərbaycan Dövlət Televiziyasına da təşəkkür edirəm ki, məni də belə bir filmə dəvət ediblər. Bundan sonra da gözəl filmlərə dəvət alaramsa, dəyərləndirəcəm".
Gülyanaq Məmmədova obrazından da danışıb: "Filmdə hamilə qadın obrazını canlandırıram. Bu kollektivdə çox gözəl iş birliyi gördüm, işə peşəkar yanaşma, aktyorların peşəkarlığı, Həmidə xanımın göz yaşları məni çox həyəcanladırdı və təəccübləndirirdi. Film mayın 9-da AzTV-də yayımlanacaq".
Bildirək ki, film Böyük Vətən müharibəsində qazanılmış qələbənin 75 illiyinə həsr olunub.

-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi










.jpg)

























.jpg)


