Art
"Azərkitab" internet-vizual konfrans keçirdi - FOTO
"Azərkitab" Kitab Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə, "Azərkitab" Kitab Mərkəzinin 3-cü ilinə və Böyük Vətən müharibəsində qələbəmizin 75 illiyinə həsr edilmiş internet-vizual konfrans keçirilib.
Publika.az xəbər verir ki, konfransı giriş sözü ilə "Azərkitab"ın layihə rəhbəri Sabir Həsənov açıb.
Onlayn konfransda Xalq yazıçısı Çingiz Abdullayev, millət vəkili Jalə Əliyeva, Azərbaycan Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Əməkdar jurnalist Qulu Məhərrəmli, "Azərkitab"ın direktoru Misirxan Həsənov və Əməkdar artist Azad Şükürov iştirak ediblər.
Qeyd edilən mövzular ətrafında maraqlı məruzələr və çıxışlar dinlənilib. Şairə Nurəngiz Günün "Salamat ol, ağca yol" poemasından parçalar səslənib. Şuşa şəhərinin işğalına aid, Böyük Vətən müharibəsində qələbəmiz haqqında və ümummilli lider H.Əliyevin həyatından maraqlı videogörüntülər nümayiş etdirilib.
İki saatdan artıq çəkən konfrans izləyicilərin böyük marağına səbəb olub.
-
Hadisə13:12Bakıda kütləvi bıçaqlanma: Bir nəfər öldürüldü, deputatın oğlu saxlanılanlar arasındadır
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
Avropa12:17Milan iğtişaşlarında “Rusiya əli”? - Səfirlikdən kəskin reaksiya və ruslara XƏBƏRDARLIQ
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
















.jpg)



















