“Mədəniyyət/culture” oxucularla görüşə gəldi
Bizi izləyin

Art

“Mədəniyyət/culture” oxucularla görüşə gəldi

“Mədəniyyət/Culture” jurnalının növbəti sayı işıq üzü görüb.

Bu sayın özəlliyi də həyatımıza daxil olan durumun yeni təzahürləri barədə hesabatla, mədəni həyatımızın yeni istiqamətləri barədə yazı ilə başlayır

Azərbaycanın indiki dönəmdə ən böyük nailiyyətlərindən biri də cənab Prezidentimizin bütün dünyaya nümunə olaraq həyata keçirdiyi Türk dünyasının onlayn görüşməsi oldu! Bütün dünya Azərbaycan modelindən öyrənir - pandemiya dövrünün ilk beynəlxalq konfransı da Türk dünyasının birliyinə həsr olunmuşdu! Mövzu Türkiyə yazarlarının da diqqət mərkəzində idi. Uzun illər Azərbaycanda çalışan həmkarımız Yüksəl Dəyərcan Türk Birliyi fürsətindən yazıb.

Baş redaktor Zöhrə xanım Əliyevanın “Viva, İtaliya, viva, Azərbaycan” yazısı bu çətin günlərdə bütün dünyada yaşayan dostlarımıza ithafdır.

“Nisgilimiz Qarabağ” rubrikası yenə də və təəssüf ki, hələ də işğal tarixlərini xatırladır

Növbəti səhifələrdə Azərbaycan Cümhuriyyətinin xatirəsini hər zaman əziz tutan ölkə başçımız İlham Əliyevin Əli bəy Hüseynzadənin qızı Feyzavər xanımın vəfatından kədərləndirildiyi bildirilir, elə bu sırada da həmkarımız Dilqəm Əhməd Cümhuriyyət sevdalısı Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə aşkar etdiyi yeni portretindən yazır.

“Ədəbiyyat” bölümündə Prezident Sərəncamıyla 150 illiyi qeyd olunan böyük mütəfəkkir və gözəl hekayə ustasl Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığına nəzər salınır, “Musiq”i deyəndə Vaqif Mustafazadəmiz yada düşür, istedadlı dirijor Fuad İbrahimovun sənət və Şuşa xatirələri, gənc skripkaçımız Osmanın Karneqi-Holl qələbəsindən söz açılır, ”Teatr” adına dünyasını dəyişən müqtədir aktyorumuz Rafiq Əliyevin hüznü yaşanır, korifeylərin “Portret”i silsiləsində bu dəfə bəstəkar Əşrəf Abbasovun 100 illiyi qeyd olunur, bu mürəkkəb dönəmin “multikultural” əhvali-rihiyyəsi Şahdağın rəngarəng canlı koloritini təsvir edir.

“Uzaq və yaxın vətənimizin” “bizə və bizdən yazanları” əskik deyil heç vaxt, “Həmkarlarımız”ın gözü ilə yeni əsrin olaylarını izləyə-izləyə həm “Gündəm”i, həm də “Mədəni irsimiz”i öyrənmiş olur, amma həm də “Evdə qal-evdə yarat” əzmiylə “birlikdəliyimizin” güclü fəlsəfəsini dərk edirik.

Qaldı “Elm”in inkişafına - hər zamankı kimi burda yenə müqtədir və gənc alimlərimiz səs-səsə, qələm-qələmə Azərbaycanın intellektual potensialının keşiyində dayanır, yeni ideyalar, yeni mövzular və kreativ elmi yanaşmaların təməlini qoyurlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm