Art
Anar Kərimov yubilyar kino xadimlərini təbrik etdi
Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov milli kino sənətinin tanınmış nümayəndələri – Xalq artisti, kinoaktyor Fəxrəddin Manafovu anadan olmasının 65 illiyi, Əməkdar incəsənət xadimi, kinoşünas, rejissor Ayaz Salayevi anadan olmasının 60 illiyi münasibətilə təbrik edib.
Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a bildirilib ki, təbrikdə hər iki yubilyarın Azərbaycan mədəniyyətinə, o cümlədən kino sənətinə mühüm töhfələr verdiyi diqqətə çatdırılır.
Qeyd olunur ki, 40 ilə yaxındır Azərbaycan kinosunun sevilən simalarından biri olan Fəxrəddin Manafov güclü aktyor istedadı sayəsində, müxtəlif filmlərdə yaratdığı xarakterik obrazlarla təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da geniş tamaşaçı rəğbəti qazanıb və kino sənətimizi tanıdıb.
Təbrikdə, həmçinin Ayaz Salayevin rejissor və ssenarist kimi müasir Azərbaycan kinosunda özünəməxsus yerə malik olduğu, eyni zamanda ölkəmizdə kino sənətinin təbliğində və populyarlaşmasında xidmətləri, bu sahədə səmərəli pedaqoji fəaliyyəti xüsusi qeyd olunur.
Anar Kərimov hər iki yubilyara ən xoş arzularını bildirib, onlara möhkəm cansağlığı, gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular











.png)

























.jpg)

.jpg)
