Art
“Qalib əsgər” GÜNDƏM OLDU - VİDEO
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının beynəlxalq festival və müsabiqələr laureatı, Əməkdar artist Emin Əliyevin iştirakı ilə hazırladığı "Qalib əsgər" balet kompozisiyası sosial şəbəkələrdə maraqla qarşılanıb.
Teatrdan Publika.az bildirilib ki, layihənin ideya müəllifi və bədii rəhbəri, teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bu barədə fikirlərini bölüşərək deyib: “Şanlı Ordumuzun döyüş meydanında qazandığı parlaq qələbələr bizi yaradıcılığa daha da ruhlandırdı. Qalib bir ölkənin vətəndaşı olmaq necə gözəl hisslər imiş! Nəhayət, haqq-ədalət zəfər çaldı! İlk olaraq, bütün soydaşlarımızı bu gözəl qələbə münasibətilə təbrik edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun 44 gün ərzində bizə bəxş etdiyi fərəh hisslərini ifadə etməyə sözlər də acizdir. Xüsusən savaş müddətində möhtərəm Prezidentimizin xalqa hər müraciətini səbirsizliklə gözləmişik və hər dəfə də ondan böyük yaradıcılıq gücü almışıq. Böyük qələbədən sonra gözlərində qalibiyyət parıltısı olan QALİB ƏSGƏR obrazını incəsənətimizə, mədəniyyətimizə gətirmək artıq bizim çiyinlərimizə düşən ən ümdə vəzifədir. İnanırıq ki, Azərbaycan mədəniyyəti bundan sonra daha da inkişaf edəcək, çiçəklənəcək. Biz Şuşada bütün yarımçıq qalan arzularımızı reallaşdıracağıq. Bizə bütün bu xoşbəxtliyi nəsib edən başçımıza və ordumuza dönə-dönə minnətdarıq. Qarabağ Azərbaycandır!”.
Əliqismət Lalayev kompozisiyanın quruluşçu baletmeysteri və ifaçı əməkdar artist Emin Əliyevə, əsərin musiqi tərtibatçısı - teatrın baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevə, teatrın əməkdaşları - rejissor Samir Qulamova, operator və montajçı Hikmət Şahverdizadəyə, kostyumçu Aynişan Məmmədovaya, qrim rəssamı Aybəniz Hüseynovaya və bu gözəl layihənin ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkür edərək, vurğulayıb ki, kompozisiyada görkəmli bəstəkar, Xalq artisti Fikrət Əmirovun musiqilərindən istifadə olunub. Çəkilişlər İsmayıllı rayonunda aparılıb.
-
Səhiyyə21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
-
Sosial15:55Pensiya alanların nəzərinə
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı



































