Art
Behrudi səhhətindən danışdı: “Düzgün diaqnoz qoya bilmirlər”
“Hazırda səhhətim yaxşı deyil. Başımda və onurğa sütunumda şiddətli ağrılarım olur. Həkimlər nə deyirsə, edirəm, amma hələ ki, bir nəticə yoxdur. Doğrudur, burada həkim dostlarım çoxdur, əllərindən gələni edirlər, amma hələ ki, bir şey alınmır”.
Bunu Publika.az-a açıqlamasında türk dünyasının tanınmış fikir adamı, şair Rüstəm Behrudi səhhəti ilə bağlı danışarkən deyib. Şairin sözlərinə görə, hələ ki, çoxşaxəli xəstəlikləri ilə mübarizə apara bilir:
“Həkimlər nə deyirlərsə, edirəm, fəqət, bir nəticə hasil olmur. Bir də görürsən ki, təzyiqim 150-yə, şəkərim isə 250-270-ə qalxır. Hələ ki, ağrılarıma qarşı dayanıram, etiraz edirəm, mübarizə aparıram. Amma gərək mübarizədən artıq da şeylər edəsən”.
Rüstəm Behrudi indiyə qədər aldığı müalicənin qeyri-effektiv olmasını düzgün diaqnoz qoyulmaması ilə əlaqələndirib:
“Düzgün diaqnoz qoya bilmirlər. Hələ ki, yollar açılmayıb, yollar açılan kimi xaricə üz tutacağam. Müalicə üçün Türkiyədə çox olmuşam, yəqin ki, imkan olsa, bu dəfə səhiyyənin daha yaxşı inkişaf etdiyi ölkələrə - İsrailə, Almaniyaya, Avropa ölkələrinə, bir sözlə, daha uzağa getmək istəyirəm. Çünki bu ağrılar mənim axırıma çıxıb. Yolların açılmasını gözləyirəm. Səhhətim əl vermədiyi üçün idman da edə bilmirəm”.
Tural Turan
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular











.png)

























.jpg)

.jpg)
