Art
Sabir bəylə ikimiz də oturub ağlayırdıq - Tənzilə Rüstəmxanlıdan MARAQLI ETİRAFLAR
Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının “Qarabağa dönüş” poeması qısa müddətdə yazılan və Qarabağ zəfərinə həsr olunan ilk əsər kimi ədəbi mühitdə, eləcə də cəmiyyətdə ciddi rezonans doğurub.
Şairin həyat yoldaşı Tənzilə Rüstəmxanlı Publika.az-a müsahibəsində poemanın hansı şəraitdə yazılmasından danışıb.
Müsahibəni təqdim edirik:
- Tənzilə xanım, “Qarabağa dönüş” poemasının yazılması gözünüzün qarşısında baş verib. Azərbaycan ədəbi mühitində geniş əks-səda doğuran bu poema necə yazıldı?
- 44 günlük Qarabağ savaşı başlayanda Sabir bəy çox narahat idi. Çox üzgün görünürdü. Çox həyəcan və stress keçirirdi. Deyirdi ki, ya hamımız yox olmalıyıq, ya da Qarabağ problemini birdəfəlik həll etməliyik. Həmin ərəfədə kəndlərimiz, yaşayış məntəqələrimiz bir-bir azad olunurdu. Cənab Prezidentimiz Füzuli şəhərinin azad olunduğunu elan edən gecə Sabir bəy dəhşətli dərəcədə titrətmişdi. Əslində elə həmin gün “Qarabağa dönüş” poemasını yazmağa başladı.
- Bəs poemanın belə möhtəşəm alınmasının səbəbi nədir?
- Şuşa şəhərinin o cür qəhrəmanlıqla düşmən tapdağından azad olunması o poemanın belə möhtəşəm alınmasının əsas səbəbidir. Hətta deyərdim ki, əsas zirvəsidir. Mən inanıram ki, Şuşanın işğaldan azad edilməsi bir çox kitabların mövzusu olacaq. Amma Şuşanın işğaldan azad edilməsi ilə bağlı ilk dastanı Sabir Rüstəmxanlı yazdı. Çünki Şuşa işğaldan azad edilən gün dedi ki, Şuşanın dastanını mən yazacağam və yazdı da...
- Poemanın ilk oxucusu kim olub?
- İlk oxucusu mənəm.
- Yazıldıqca özünüz götürüb oxuyurdunuz, yoxsa..?
- Yox, hər bölümü yazıldıqca özü mənə oxuyurdu. Hər bölüm oxunanda poemanın elə yerləri var idi ki, ikimiz də ağlayırdıq.
- Belə başa düşdüm ki, arxasında bir qadın olan şairin kürəyi yerə gəlməz...
- Yox, Sabir Rüstəmxanlının arxasında kiminsə olmasına ehtiyacı yoxdur. Sadəcə olaraq onun yaradıcılığını bilən və dəyərləndirən bir xanımı var.
- Bu əsərin gələcəkdə ssenariləşdirilməsi nəzərdə tutulurmu?
- Vallah, artıq Sabir bəy öz missiyasını başa vurdu. Yəqin radio və televiziyalarımız bununla bağlı süjetlər hazırlayacaq. Amma mən çox istərdim ki, “Qarabağa dönüş” poemasının motivləri əsasında film də çəkilsin. Gerçəkdən də bu poema Qarabağ mövzulu filmlərin mövzusudur.
- Bəs “Qarabağa dönüş” nə zaman kitab şəklində gün üzü gördü?
- İki gün bundan əvvəl kitab şəklində çıxdı. Poema ilk olaraq “Ədəbiyyat qəzeti”ndə yayımlandı. O zaman akademik İsa Həbibbəyli poemanın təhlili ilə bağlı bir məqalə yazmışdı. Bu əsərlə bağlı bir neçə ziyalımızın yazıları var. Onlar da toplandıqdan sonra poema ilə bir yerdə kitab şəklində çap olundu.
Tural Turan
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)

























.jpg)


