MDB
Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
Tanınmış rusiyalı televiziya aparıcısı Yuri Nikolaev 76 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə balet ustası Nikolay Tsiskaridze özünün "Telegram" kanalında məlumat verib.
“Yaxınlarda ‘Bu axşam’ verilişində birlikdə o insanın peşəkar yubileyini qeyd edirdik ki, o, bir çox ulduzların parlamasına səbəb olmuşdu... İndi isə onun dünyasını dəyişdiyi xəbəri gəldi... Nə qədər acıdır,” – deyə sənətçi yazıb.
Nikolaev 4 noyabr tarixində Moskvadakı klinikalardan birinə hospitalizasiya olunub. KİV-in məlumatına görə, 76 yaşlı aparıcı səhər saatlarında evdə özünü pis hiss edib və həkimlər onun təcili xəstəxanaya yerləşdirilməsinə qərar veriblər.
Jurnalistlərin bildirdiyinə görə, ilk narahatlıq əlamətləri 2 noyabrda müşahidə olunub: sənətçi üç gün ərzində davam edən 37,7°C temperatur və güclü halsızlıq səbəbilə tibbi yardım üçün müraciət edib. Həkimlər onda aşağı saturasiya aşkar etsələr də, Nikolaev hospitalizasiyadan imtina edib.
Yuri Nikolaev 16 dekabr 1948-ci ildə Kişinyovda anadan olub. O, “Səhər poçtu”, “Səhər ulduzu”, “Respublikanın dəyəri”, “Yuri Nikolaevlə səmimi söz” kimi musiqili televiziya proqramları ilə tanınıb. Həmçinin “Böyük yarışlar”, “25 nömrəli kameradan olan qız” və “Ayrılmadan əvvəl” kimi filmlərdə rol alıb.
Hüseyn İbadlı
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir




































