Art
Monteneqroda "Azərbaycanın görkəmli şəxsiyyətləri" adlı kitab nəşr olundu
Monteneqroda fəaliyyət göstərən Azərbaycan–Monteneqro Mədəni və İqtisadi Mərkəzinin təşəbbüsü ilə "Azərbaycanın görkəmli şəxsiyyətləri" adlı kitab nəşr edilib.
Publika.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsinə dair Sərəncamı çərçivəsində ərsəyə gələn "Azərbaycanın görkəmli şəxsiyyətləri" kitabı Monteneqro dilində çap edilib. Kitabın həmmüəllifləri Azərbaycan–Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə və mərkəzin üzvü, tanınmış publisist Bojidar Proroçiçdir.
Kitabda Azərbaycan tarixində müstəsna xidmətləri olan 31 görkəmli və tanınmış şəxsiyyətin həyatı, yaradıcılığı və fəaliyyəti haqqında geniş məlumat verilib. Onların arasında Nizami Gəncəvi, Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Aşıq Ələsgər, Həsən bəy Zərdabi, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Hacı Zeynalabdin Tağıyev, Hüseyn Cavid, Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli, Mikayıl Müşfiq, Heydər Əliyev, Mir Cəlal Paşayev, Yusif Məmmədəliyev, Səttar Bəhlulzadə, Həzi Aslanov, Niyazi, Kərim Kərimov, Mehdi Hüseynzadə, Qara Qarayev, Lütfi Zadə, Fikrət Əmirov, Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Azad Mirzəcanzadə, Müslüm Maqomayev və başqaları var.
Kitabda həmçinin Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanından və II Dünya müharibəsində Balkan ölkələrinin alman faşizmindən azad edilməsində qəhrəmanlıq göstərmiş, azərbaycanlılardan ibarət 223-cü diviziyanın döyüş yolundan da bəhs edilib.
Eyni zamanda, mərkəzin təşəbbüsü ilə Monteneqronun tanınmış yazıçısı, akademik Zuvdiya Hodciçin "Burulğan" hekayələr kitabı Azərbaycan dilində nəşr olunub. "Qanun" nəşriyyatında çap edilən kitabı dilimizə mərkəzin direktoru Seyran Mirzəzadə tərcümə edib.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi










.jpg)

























.jpg)


