Art
Heydər Əliyev Fondu ilə UNICEF arasında memorandum imzalandı
Heydər Əliyev Fondu ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında növbəti Anlaşma Memorandumu imzalanıb.
Publika.az xəbər verir ki, memorandum 2025-ci ilin sonunadək Azərbaycanda uşaqların erkən uşaqlıq dövründə inkişafı, inklüziv təhsil, yeniyetmə və gənclərin inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutur.
UNICEF-in Azərbaycandakı nümayəndəsi Aleks Haykens ilə görüşdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun təhsil, səhiyyə, sosial və mədəniyyət, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası istiqamətindəki layihələri barədə məlumat verib. Bildirib ki, inklüziv cəmiyyətin qurulmasına töhfə verən Heydər Əliyev Fondunun dəstəyi ilə əlilliyi olan uşaqlardan ibarət rəqs qrupunun xarici ölkələrdə konsert proqramı ilə çıxışları təşkil ediləcək.
Görüşdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqların sosial, səhiyyə və digər sahələr üzrə hüquqlarının qorunması, o cümlədən xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum uşaqlara qayğı istiqamətindəki fəaliyyətinin əhəmiyyəti qeyd edilib.
UNICEF-in Azərbaycandakı nümayəndəsi Aleks Haykens Heydər Əliyev Fondu ilə həyata keçirilməkdə olan “Erkən Uşaqlıq Dövründə İnkişaf (EUDİ)“ layihəsi, eləcə də ətraf mühit və iqlim dəyişikliyi, yaşıl enerji mənbələri, bərpa olunan enerji sahələrindəki tədbirlər üzrə əməkdaşlığı qeyd edib. Aleks Haykens uşaq hüquqlarının qorunması üzrə “Uşaq Dost Mərkəzləri”nin, eləcə də işğaldan azad olunmuş ərazilərdə minalardan təmizləmə işlərinin müzakirəsi prosesinə uşaqların da cəlb edilməsinin səmərəli olacağını bildirib.
Görüşdə gələcəkdə inklüziv təhsil, əlillərin dəstəklənməsi və reabilitasiyası sahələrində Fondla birgə həyata keçiriləcək layihələr də müzakirə edilib.
Xatırladaq ki, BMT-nın Uşaq Fondu (UNICEF) ilə Heydər Əliyev Fondu arasında ilk Anlaşma Memorandumu 2019-cu ildə imzalanıb.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





