Art
“Balaban cazla görüşür” - FOTO
Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Parisdə “Temple protestant de l’Oratoire du Louvre” protestant kilsəsində əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Balaban cazla görüşür” (Balaban meets jazz) konserti baş tutub.
Publika.az xəbər verir ki, tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Fransadakı diasporumuzun və yerli ictimaiyyətin üzvləri, mədəniyyət nümayəndələri iştirak ediblər.

Rəhman Mustafayev və icraçı direktor Əkrəm Abdullayev çıxış edərək 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən söz açıblar. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların həmrəyliyi ideyasını, onun təşkilatlanmasını daim diqqət mərkəzində saxlayan Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə misilsiz xidmətlərini vurğulayıblar.
Bildiriblər ki, xaricdə yaşayan soydaşlarımız 44 günlük Vətən müharibəsi dövründə də doğma Azərbaycana bağlılıqlarını nümayiş etdiriblər. Milli birlik, həmrəylik göstərib, dəyərli töhfələrini veriblər. Amma torpaqlarımız erməni işğalından azad edilmiş olsa da, hələ də bəzi çətinliklərin olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, azad olunmuş ərazilərin erməni minalarından təmizlənməsi, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, Birinci Qarabağ müharibəsi dövründən itkin düşmüş 4 min azərbaycanlının taleyi qarşıda duran çağırışlardandır.

Sonra Azərbaycan musiqi mədəniyyətindən söz açılaraq gənc və istedadlı musiqiçilər - Ələfsər Rəhimov (zurna, balaban, tütək) və Etibar Əsədli (piano) haqqında məlumat verilib. Onların musiqimizi dünyada layiqincə təmsil və təşviq etdikləri diqqətə çatdırılıb.
“Balaban cazla görüşür” (Balaban meets jazz) konserti başlayıb. Balaban ifaçısı Ələfsər Rəhimov ilə pianoçu Etibar Əsədlini gitarada Kevin Lazakis, elektrik bassda Gi Bernfeld və zərb alətlərində Noam İsraeli müşayiət ediblər.
Ələfsər Rəhimov UNESCO-nun Ümumdünya Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Reprezentativ Siyahısına daxil edilmək üçün təqdim edilmiş milli musiqi alətimiz balabanda caz musiqisini ifa edib.
Konsertdə “Sarı gəlin”, “Qara qaşın vəsməsi” kimi xalq mahnıları, eləcə də Üzeyir Hacıbəylinin, türk Neset Ertaşın əsərləri ifa edilib. Gənc balabançı Ələfsər Rəhimov və pianoçu Etibar Əsədlinin bəstələri də səsləndirilib.
Leyla Sarabi
Foto: Maya Bağırova
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı







.jpg)








.jpg)
















.jpg)

