Art
İlham Rəhimovun “Din və Cəza” kitabı işıq üzü gördü - FOTO
Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor İlham Rəhimovun “Din və cəza” əsəri qazax dilinə tərcümə olunaraq işıq üzü görüb.
Publika.az xəbər verir ki, kitabın bir nüsxəsi müəllifin özünə göndərilib.
Qeyd edək ki, “Din və cəza” əsərində dünya dinlərində cinayət və cəza institutunun tədqiqat məsələləri işıqlandırılıb. Həmçinin müəllif dünya dinlərinin ən görkəmli nümayəndələrinin cəza probleminə olan müxtəlif yanaşma və baxışlarını da araşdıraraq əsərində əks etdirib.
Kitab tələbələr, doktorantlar, hüquq ixtisası üzrə ali məktəb müəllimləri, filosoflar, dini konfessiya nümayəndələri, eləcə də cəza problemləri ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Onu da bildirək ki, professor İlham Rəhimov “Din və cəza” (2020) əsəri ilə yanaşı “Cinayətkarlıq və cəza” (2012), “Cinayət və cəzanın fəlsəfəsi” (2013), “Cəzanın əxlaqiliyi haqqında” (2016), “Ölməz ölüm cəzası” (2018) adlı kitabların müəllifidir.
Onun əsərləri indiyədək dünyanın bir çox dillərinə - rus, türk, ingilis, Çin, alman, yəhudi, italyan, qazax, bolqar, qırğız və fars dillərinə tərcümə olunub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.png)

























.jpg)
.jpg)
