Art
“Netflix” bir milyona yaxın abunəçini itirdi
Amerikanın “Netflix” yayım xidməti 2022-ci ilin ikinci rübündə bir milyona yaxın ödənişli abunəçisini itirib.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Aprel ayında şirkətin xidmət nümayəndələri bu müddət ərzində iki milyon müştəri itirəcəklərini, bu ilin üçüncü rübündə isə ödənişli abunələrin sayının bir milyon artacağını proqnozlaşdırmışdılar.
Beləliklə, “Netflix”in auditoriyası 221,64 milyon nəfərdən 220,67 milyon nəfərə qədər azalıb. Hesabat dövründə şirkətin gəliri 7,97 milyard dollar, mənfəəti isə 1,44 milyard dollar təşkil edib.
Xatırladaq ki, “Netflix” martın 7-də Rusiyada fəaliyyətini dayandırmaq planlarını açıqlayıb. Şirkət nümayəndəsi qeyd edib ki, buna səbəb Ukraynada keçirilən xüsusi əməliyyat olub.
Aytən Məftun
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO
-
Ekologiya12:39Sabah 16 dərəcə isti olacaq - Hava proqnozu
-
Hadisə11:35Bu ərazilərdə qaz kəsildi





























.jpg)










