Art
Satılmaq üçün gətirilmişdi: geri qaytarıldı
Belçikada hərracda satılmaq üzrə olan Meksika mədəniyyətinə aid tarixi əsər ölkəyə gətirilib.
Publika.az xəbər verir ki, tarixi əsər meksikalı diplomatların uzun sürən yazışmalarından sonra tarixi vətəninə geri qaytarılıb.
Hərracda satılması planlaşdırılan heykəlin İspaniyadan əvvəlki müstəmləkə dövrünün Meksika mədəniyyətinə aid olduğu bildirilir.
Heykəlin keçən mart ayında Belçikanın Bruge şəhərində keçirilən Casa Carlo Bonte auksionunda satılması nəzərdə tutulurmuş. Buna baxmayaraq, Meksikanın Belçikadakı səfirliyinin əməkaşları hərrac evi və Belçika məhkəmə orqanları ilə əlaqə saxlayıblar.
Diplomatlar qaçaqmalçılıq yolu ilə xaricə gətirilən artefaktların satışına qarşı olduqlarını bildiriblər.
30 ildir heykəli saxlayan 98 yaşlı kolleksiyaçı Maria Helena Defever isə yalnız bu yaxınlarda artefaktın müstəmləkəçilik dövründə Meksikadan qaçaqmalçılıq yolu ilə gətirildiyini öyrəndiyini söyləyib.
Qeyd edək ki, Meksika Mədəniyyət Nazirliyi son illərdə “Mənim mirasım satılmır” şüarı ilə aksiyalar keçirir.
Tural Turan
-
Sosial20:48Bakıda yeni park salınır: 49,5 milyon manata başa gələcək - Bəzi tikililər söküləcək
-
İnanc20:12Bayram namazının vaxtı açıqlandı
-
Nəqliyyat18:20Bu yolda çökmə oldu: sürücülərin nəzərinə!
-
Sosial17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi
-
Sosial16:26Əsgəran Silah Muzeyi yaradılır
-
Rəsmi xronika15:52İlham Əliyev Qazaxıstanda təməlqoyma mərasimində iştirak etdi
-
Sosial14:42Əli Əsədov “Bakı Metropoliteni” ilə bağlı sərəncam imzaladı
-
MDB14:07Bu türk dövlətində məmurlara işə pencəksiz gəlməyi əmr etdilər - Səbəb nədir?



































.jpg)



