Art
Azərbaycanı Qazaxıstanda onlar təmsil etdi - FOTO
Onlar Qazaxıstanda “Türk Dünyasının 2040 vizyonu” simpoziumunda çıxış ediblər.
Publika.az xəbər verir ki, Türk dünyasının 2040-cı il hədəflərini ifadə edəcək önəmli addımları müəyyənləşdirmək üçün Türk Dövlətləri Təşkilatına üzv ölkələrin alimləri, araşdırmaçı yazarları, ictmai xadimləri, QHT və KİV təmsilçiləri Astanada Xoca Əhməd Yəsəvi adına Uluslararası Türk-Qazax Universitetinin Türküstan Qərargahında bir araya gəlib.
Simpoziumda AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor İsmayıl Kazımov “Çağdaş türk dövlətləri və xalqları arasındakı münasibətlərin inkişafında dil faktoru” mövzusunda, Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət Komitəsinin eksperti, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı Türk Dünyasının 2040 hədəfləri ilə bağlı ədəbiyyat və incəsənət üzrə çıxış ediblər.
Onu da vurğulayaq ki, Astana seminarı Türk Dövlətləri Təşkilatı, Türkiyə Mədəniyyət-Turizm Nazirliyi, Türkiyə Cümhuriyyətinin Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu, Türk Tarix Qurumu, Əhməd Yəsəvi Universiteti və TİKA-nın dəstəyi ilə keçirilib.
Ayşən Rəhim
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar








.jpg)
.jpg)

.jpg)




























