Art
Anar Kərimov bu məktəb direktorlarına göstəriş verdi - FOTO
Oktyabrın 31-də Beynəlxalq Muğam Mərkəzində mədəniyyət naziri Anar Kərimovun uşaq musiqi və incəsənət məktəblərinə işə qəbul müsabiqəsində uğur qazanmış müəllimlərlə görüşü keçirilib.
Publika.az xəbər verir ki, nazir son iki ildə nazirlik tərəfindən mədəniyyət sahəsində həyata keçirilən islahatlar haqqında söz açıb.
Anar Kərimov oktyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində “İncəsənət məktəblərində islahat prosesləri: məqsədlər və nailiyyətlər” mövzusunda keçirilən müşavirədə Bakıda və regionlarda fəaliyyət göstərən uşaq incəsənət və musiqi məktəblərinin direktorlarına gənc müəllimlərə 24 saatdan az olmayaraq iş saatının verilməsi barədə göstəriş verdiyini diqqətə çatdırıb. Regional idarələrin rəhbərlərinin bu prosesə nəzarəti həyata keçirmələri barədə göstəriş verildiyi qeyd edilib.
Sonda müsabiqədə yüksək bal toplayan müəllimlərə və müsahibə komissiyalarının üzvlərinə nazirliyin fəxri fərmanlarını təqdim edən Anar Kərimov Azərbaycan mədəniyyətinin, təhsilinin inkişafındakı fəaliyyətlərində onlara uğurlar arzulayıb.
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar








.jpg)
.jpg)

.jpg)




























