Art
Moskvada “Şuşa, sən azadsan!” filmi nümayiş etdiriləcək
Noyabrın 9-da Moskvada “Şuşa, sən azadsan!” filmi nümayiş etdiriləcək.
Publika.az xəbər verir ki, XTNS-nin “Azərbaycan” pavilyonunda Azərbaycanın Dövlət Bayrağı Gününə və 2020-ci il Vətən müharibəsində Zəfər Gününə həsr edilmiş filmin qapalı nümayişi olacaq.
Real hadisələr əsasında çəkilmiş film “Baku Media Center”in və “Salnaməfilm” studiyasının birgə işidir. Filmin baş prodüseri Arzu Əliyevadır.
Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan Şuşa əməliyyatının maraqlı detallarının əks edildiyi filmdə bu əməliyyatın iştirakçıları olmuş şanlı Azərbaycan əsgər və zabitləri ilə müsahibələr, Şuşa şəhəri uğrunda döyüşlərin gedişatında çəkilmiş eksklüziv kadrlar təqdim edilir.
Film Azərbaycan dilində nümayiş etdiriləcək.
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi






































