Art
Azərbaycanda İLK: qatarda kitab təqdimatı
Azərbaycanda ilk dəfə qatarda kitab təqdimatı keçirilib.
Publika.az xəbər verir ki, "Parlaq İmzalar" nəşriyyatı yeni nəşr etdiyi "YOLDAŞ" seriyasının təqdimatını “Azərbaycan Dəmir Yolları”nın dəstəyi ilə Bakı-Gəncə-Bakı qatarında həyata keçirib.
Təqdimatda
oxucular, kitab və səyahət blogerləri iştirak edib.
Nəşriyyatın rəhbəri Nurman Tariq bildirib:
“İnsanların yollarda itirdiyi vaxtları dəyərləndirmələri və qazanca çevirmələri üçün dünya ədəbiyyatının "qısa və mükəmməl" əsərləri sırasından seçib nəşr etdiyimiz "YOLDAŞ" seriyasını məhz yolda təqdim etmək qərarına gəldik. Əyani göstərmək istədik ki, ən yaxşı yol yoldaşı kitablardır.
"Kitab qatarı"nda oxucularımızdan, kitab və səyahət blogerlərindən, əməkdaşlarımızdan ibarət təxminən qırx nəfərlik heyətlə yola çıxdıq. Təqdimatla yanaşı qatarda əyləncə və musiqi proqramı, müxtəlif maraqlı seminarlar da baş tutdu. Zəfər Gününə təsadüf edən səyahətimiz çərçivəsində, eyni zamanda Gəncə turu reallaşdırdıq, Gəncəmizin görməli yerləri ilə tanış olduq, eləcə də erməni terrorundan zərər çəkmiş yerlərə baş çəkib əziz şəhidlərimizi yad etdik. Xoş xatirəsi uzun müddəti davam edəcək bu proses ümumilikdə 14 saat çəkdi və vaxtın necə gəlib-keçdiyini, doğrudan da, heç birimiz hiss etmədik. Bu səyahət həm də kitabın fərqli insanları necə doğmalaşdıra biləcəyini göstərdi. “Kitab qatarı” adlandırdığımız bu layihəni davam etdirmək niyyətindəyik”.
Numan Tariq təşəbbüsə dəstək olduqlarına görə “Azərbaycan Dəmir Yolları”na da təşəkkürünü bildirib.
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi






































