Art
Parklarda gecələyən aktrisa: "Ərim rəfiqəmlə mənə xəyanət etdi" - VİDEO
“Bütün həyatım gözümün önündədir. Atam müharibədə yaralandı. Çox yaşamadı. Həmçinin də anam. Anam heç yadıma düşmür. Bacımı isə sonradan tapdım. O, evdə mən isə uşaq evində böyümüşdüm. İsinişə bilmirdim”.
Publika.az xəbər verir ki, bu sözləri beş il əvvəl “Tərəqqi” medalına layiq görülən aktrisa Sona Babayeva ATV-yə müsahibəsi zamanı deyib.
81 yaşlı sənətkar gənclik illərinə qayıdaraq, yaşadığı acı həyatından bəhs edib. Sona xanım bildirib ki, o altı ay oturacaqda gecələyib:
“Uşaq evindən çıxdıqdan sonra qalmağa yerim yox idi. Kolların arasında olan oturacaq var idi. Girirdim ora, balış əvəzi çantamı başımın altına qoyub həmin oturacaqda büzüşüb orada yatırdım. Səhər tezdən isə küçələrdə təmizlik işləri görənlər gəlirdi. Onların süpürgələrinin səsini eşidən kimi dururdum ayağa və oradan qaçırdım. Altı ay mən çöldə qaldım”.
S.Babayeba həyat yoldaşının ona aktrisa rəfiqəsi ilə xəyanət etdiyini dilə gətirib:
“Teatrda işləyəndə yaxşı günlərim olurdu. Səhnədə olanda mən xoşbəxt olurdum. Amma bu xoşbəxtlik sona kimi olmadı. Ailəmi sevib qurmuşdum. Lakin o, naxələf çıxdı. Aramıza rəfiqəm girdi. O da aktrisa idi. Rəhmətə gedib. Ona öz bacım, qızım kimi baxırdım. Ancaq o, mənə xəyanət etdi. Ondan sonra dedim ki, uşağımın atası ölüb. Oğlumu tək böyütdüm. Ona sənət də verdim. İnsanlar var idi ki, mənimlə ailə qurmaq istəyirdilər. Ancaq ilk həyat yoldaşım naxələf çıxdığına görə, ikinci dəfə ailə həyatı qurmaqdan qorxdum”.
Daha ətraflı süjetdə:
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO
-
Region08:48Pezeşkian Xameneinin məzarı önündə diz çöküb ağladı - VİDEO
-
Sağlamlıq08:36İmmuniteti gücləndirən səkkiz tərəvəz: Tərkibində nələr var?







.jpg)






























