Art
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasının premyerası keçirildi - Foto
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk dünyasının məşhur "Şahmaran" əfsanəsi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib.
Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Səhnə əsərini Prezidentin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, ictimaiyyət nümayəndələri və teatrsevərlər izləyiblər.
Libretto müəllifi və quruluşçu rejissoru İradə Gözəlova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə olan səhnə əsərinin süjet xəttində müdriklik, sevgi və əbədi həyatın rəmzi sayılan Şahmaranın təlatümlərlə dolu dünyaya geri dönüşündən və bəşəriyyəti günahlarına görə mühakimə etməsindən bəhs olunur.
Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, xormeysterləri Əməkdar artist Vaqif Məstanov və Məlahət Qasımova, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, konsertmeysteri Fidan Əliyeva, rejissor assistenti Elməddin Dadaşovdur. Səhnə əsərinin plastik həlli isə Xalq artisti Pərviz Məmmədrzayev və Zaur Əliyevə aiddir.
Rollarda Xalq artisti Pərviz Məmmədrzayev (Zalım), Aydan Həsənova (Şahmaran), Əmrah Dadaşov (Tələbə), Səmədzadə Xasiyev (Loğman), Hüseyn Əlili (Qara), Murad Fərzəliyev (Boz), eyni zamanda teatrın xor və balet truppaları çıxış edib.
Rok-müzikl janrında hazırlanan tamaşada səsləndirilən mahnıların sözləri Şərqin mütəfəkkir şairi Ömər Xəyyama aiddir.
Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Nümayişdən sonra Anar Ələkbərov və Adil Kərimli səhnəyə çıxaraq yaradıcı kollektivi təbrik edib, xatirə şəkilləri çəkdirilib.
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı




























.jpg)










