Art
Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur - Foto
7–11 oktyabr tarixlərində 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisi (Frankfurter Buchmesse – 2026) keçirilir.
Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlik və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə sərgidə ölkənin qədim tarixi və zəngin ədəbi irsi xüsusi dizaynla hazırlanmış milli stenddə müxtəlif kitab nümunələri vasitəsilə təqdim edilir:
"Sərgidə Azərbaycanın yazar və nəşriyyat nümayəndələrindən ibarət geniş heyət iştirak edir.
Sərginin ilk günündə Azərbaycan stendi çoxsaylı yerli və xarici ziyarətçilərin diqqət mərkəzində olub. Ziyarətçilər milli stenddə yer alan kitablarla yaxından tanış olub, nəşrlərimizə böyük maraq göstəriblər.
Eyni zamanda bir sıra ölkələrin nəşriyyat nümayəndələri ilə Azərbaycan nəşriyyat təmsilçiləri arasında müəllif hüquqları və əməkdaşlıq məsələlərinə dair məhsuldar görüşlər keçirilib.
Sərgi çərçivəsində "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasının müvafiq hədəflərinə uyğun olaraq, ilk dəfə oktyabrın 9-da "Global səhnə" adlı təqdimat zonasında "Azərbaycan ədəbiyyatı xaricdə" mövzusunda panel müzakirəsi keçiriləcək. Paneldə Azərbaycan ədəbiyyatının xaricdə nəşri və beynəlxalq auditoriyaya tanıdılması məsələləri müzakirə olunacaq. Tədbirdə ədəbiyyatımızın görkəmli nümayəndələri, həmçinin son illərdə Azərbaycan kitabının tanıtımı ilə bağlı görülən işlər barədə məlumat veriləcək. Müzakirədən sonra Azərbaycanın uşaq yazarları ilə imza saatı təşkil olunacaq", - məlumatda vurğulanıb.
Qeyd edək ki, builki sərginin fəxri qonaq ölkəsi Çex Respublikasıdır.
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi






.png)
.jpg)










.jpg)







.jpg)








