Avropa
Rusiya üçün QORXUNC PLAN - Britaniya kəşfiyyatı bu gün AÇIQLAYACAQ
Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş zabiti Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsi hadisəsindən sonra təcrid olunmaq riski ilə üz-üzədir.
Publika.az “Financial Times” qəzetinə istinadən xəbər verir ki, belə xəbərdarlıqla bu gün Böyük Britaniyanın MI5 əks-kəşfiyyat xidmətinin başçısı Endrü Parker Avropanın xüsusi xidmət orqanlarının başçıları ilə görüşündə çıxış etməyi planlaşdırır.
Nəşrin yazdığına görə, Parker öz çıxışında Kremli beynəlxalq qaydaların kobud pozuntusunda ittiham etmək və başqa ölkələrə xəbərdarlıq etmək niyyətindədir ki, Rusiya hökuməti öz maraqlarını hərbi və kəşfiyyat xidmətlərinin təcavüzkar və çox zərərli hərəkətləri ilə müdafiə edir.
Qəzetin məlumatına görə, Endrü Parker QRU-nun sabiq polkovnikinin zəhərlənməsini “məqsədyönlü və pisniyyətli hərəkət” hesab edir
Xatırladaq ki, martın 4-də İngiltərədə Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal və onun qızı Yuliya zəhərlənmişdi. London hadisəyə görə Moskvanı ittiham edib.
Ömər Dağlı
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)
.jpg)















.jpg)