Avropa
Yeni müharibə anonsu: Almaniya döyüş gəmilərini Rusiyaya göndərir
Almaniya Rusiyanın nəzarətindəki Kerç boğazı və Qara dənizə Alman döyüş gəmilərini göndərməyə hazırdır.
Publika.az xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin Asiya və Şərqi Avropa üzrə təmsilçisi Mixael Zilbert deyib.
Zilbert bu təklifi Ukraynanın müdafiə nazirinin köməkçisi Anatoli Petrenko ilə Kiyevdə görüşü zamanı irəli sürüb. Görüşdə Almaniya Silahlı Qüvvələrinin baş katibi Tomas Silberhorn da iştirak edib.
Ukraynanın şərqində təktərəfli müstəqilliyini elan edən Donbas bölgəsində sülhün təmin edilməsi və bölgədəki qarşıdurmaların artmasının qarşısını almaq üçün AvropaTəhlükəsizlik Əməkdaşlığı Təşkilatı (ATƏT) tərəfindən müşahidəçilərin yerləşdirilməsi də müzakirə edilib. Həmçinin, Rusiyada həbsdə saxlanılan ukraynalı hərbçilərin taleyi haqqında fikir mübadiləsi aparılıb. Tərəflər Almaniya və Ukrayna arasında qurulacaq yeni hərbi və strateji əməkdaşlıq mövzularını da müzakirə edib.
Görüş Ukraynanın AvroAtlantik inteqrasiyası yolunda güclənməsinə və NATO-ya bağlı digər ölkələrlə ələqələrin möhkəmlənməsinə səbəb olacaq.
Qeyd edək ki, Donbas və Krım məsələlərinə görə gərgin olan Rusiya-Ukrayna münasibətləri Kerç boğazı ətrafındakı son hadisədən sonra daha da pisləşib. Ötən il noyabrın 25-də Rusiya sərhədçiləri Kerç boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisini saxlamışdı. Nəticədə 3 Ukrayna hərbçisi yaralanmışdı. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Onlardan 15-i barədə həbs qəti-imkan tədbiri seçilmişdi.
Zümrüd
-
Elm və təhsil21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm
-
Region12:12Ermənistan-İran sərhədində körpünün tikintisinə nə vaxt başlanacaq? - Xəbər-ətər yoxdur
-
Nida Xəbər 10:27Bu ölkəyə də vizasız gedə biləcəyik













.jpg)
.jpg)



















.png)




