Avropa
Tarixi ana BİR GÜN QALDI: Rusiya raketləri “qoca qitə”ni HƏDƏF ALACAQ
ABŞ-ın Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxışı Avropanın təhlükəsizliyini təhlükə altına qoyacaq.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Avropa Parlamentinin böyüklüyünə görə ikinci fraksiyası olan “Sosialistlərin və demokratların proqressiv ittifaqı”nın lideri Udo Bulman bildirib.
O həmçinin, parlamentin fevral sessiyasının gündəliyinə Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə ilə bağlı məsələnin salınmasını təklif edib.
“Biz bu informasiyadan dərin narahatlıq keçiririk ki, Donald Tramp administrasiyası müqavilədən çıxış imkanına baxır. Etibarsız xarici partnyorlar Avropanın təhlükəsizliyini və sülhü birbaşa təhlükə altına qoyur. Biz bu məsələni parlamentin fevral sessiyasında müzakirə etməyə çağırırıq”, - avropalı parlamentari deyib.
Xatırladaq ki, müqavilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Sənəd 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin istehsalını, həmçinin onların sınağını qadağan edir. Oktyabrın 21-də Donald Tramp Vaşinqtonun Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxacağını açıqladı. Onun sözlərinə görə, Rusiya qadağan edilmiş qanadlı raketləri istehsal etməyə və silahlanmaya qəbul etməyə davam edir.
ABŞ-ın dövlət katibi Mayk Pompeo dekabrın 4-də bildirib ki, müqavilənin icrasına qayıtmaq üçün Rusiyanın 60 gün vaxtı var. O əlavə edib ki, əgər bu olmasa, Vaşinqton müqavilə üzrə öhdəlikləri fevralın 2-də dayandıracaq.
Qeyd edək ki, son illərdə Moskva və Vaşinqton müqavilənin pozulmasında bir-birini daim ittiham edir. Rusiya dəfələrlə bildirib ki, müqavilə üzrə öz öhdəliklərinə ciddi riayət edir. Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov qeyd edib ki, ABŞ-ın özünün müqavilənin icrası sahəsində ciddi suallar var. ABŞ isə hesab edir ki, 9M729 raketi müqavilə üzrə öhdəlikləri pozur.
ABŞ Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqaviləyə riayət edilməsi üzrə tələblərin yer aldığı sənədi ötən həftə Rusiyaya verib.
Daha əvvəl Moskva açıqlayıb ki, ABŞ Orta və kiçik mənzilli raketlərin ləğv olunması haqqında Müqavilədən çıxsa, öz raketlərini Avropaya yerləşdirə biləcək. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, belə olan halda Rusiya həmin raketləri hədəfə alacaq.
“Məsələ ondadır ki, ABŞ-ın müqavilədən çıxması “soyuq müharibə” illərində olduğu kimi, onun orta və kiçik mənzilli raketlərini Avropa ölkələrində quraşdıracağı potensialını daşıyır. Həmin raketlərin orada quraşdırılması və potensial olaraq Rusiya Federasiyasına tuşlanması ona gətirib çıxaracaq ki, Rusiya paritet yaratmaq məqsədilə həmin atəş qurğularını öz arsenalından olan raketlərlə hədəfə alacaq”, - deyə Peskov bildirib.
Onun sözlərinə görə, bu, baş versə, keçmişdə “soyuq müharibə” dövründə yaşanmış situasiya təkrarlanacaq.
Ömər Dağlı
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”




























.webp)










