Avropa
Rusiya BÖYÜK MÜHARİBƏYƏ hazırlaşır – ŞOK MƏRUZƏ
Rusiya böyük müharibənin aparılmasına hazırlaşmağa başlayıb.
Publika.az xəbər verir ki, bu haqda Müdafiə Tədqiqatları üzrə İsveç İnstitutunun (FOI) tədqiqatında deyilir.
Tədqiqatın müəllifləri bildirirlər ki, əgər Rusiya əvvəl diqqəti daha çox kiçik lokal münaqişələrin nizama salınması üzrə bacarıqların işlənilməsinə ayırırdısa, indi Rusiya ordusunun müntəzəm strateji hərbi təlimləri daha genişmiqyaslı olub.
Xüsusi halda, təxminən 300 min hərbi qulluqçunun cəlb olunduğu “Şərq-2018” təlimlərini nümunə göstərirlər. Məruzənin müəlliflərinin fikrincə, Rusiya ordusu döyüş hazırlığını gözəçarpacaq dərəcədə yüksəldib və qısa müddətə hərbi məsələlərin icrasına keçməyə qadirdir. Qeyd edilir ki, il ərzində dörd istiqamət üzrə genişmiqyaslı təlimlər hissə-hissə keçirilir və məqsəd orduya qitənin çox hissəsində müharibə aparmağı öyrətməkdir.
Ekspertlər həmçinin qeyd edirlər ki, Rusiya 2013-cü ildən başlayaraq, öz güclərinin döyüş hazırlığına müntəzəm nəzarət edir, yoxlamalar Ali Baş Komandan və prezident Vladimir Putinin əmrinə görə başlanır və prosesdə bilavasitə iştirak edir.
“Sputnik” radiosunun efirində ekspert Aleksandr Zivan söyləyib ki, İsveç Rusiya hərbi təhlükəsini hər şeydən əvvəl, öz hərbi potensialının gücləndirilməsi üçün gündəmə gətirir. Həmçinin, onun sözlərinə görə, Rusiya İsveçdə daxili siyasət oyunu üçün çox ciddi əsasdır.
“Öz-özlüyündə məruzədə yeni heç nə yoxdur. İsveçin sahilində Rusiyanın sualtı gəmilərinin saysız-hesabsız axtarışlarını, casus qalmaqallarını xatırlatmaq olar”, - Aleksandr Zivan deyib.
Ömər
-
Hadisə19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm
-
Region12:12Ermənistan-İran sərhədində körpünün tikintisinə nə vaxt başlanacaq? - Xəbər-ətər yoxdur
-
Nida Xəbər 10:27Bu ölkəyə də vizasız gedə biləcəyik
-
Dünya09:48Mayamidən İstanbula, oradan da İtaliyaya uçdu: Çantasından qurudulmuş baş çıxdı - FOTO














.jpg)




.jpg)













.png)





