Avropa
Amerika diplomatlarından “Şimal axını-2” ÇAĞIRIŞI
ABŞ-ın Avropa İttifaqı, Almaniya və Danimarkadakı səfirləri “Şimal axını-2” qaz kəməri layihəsinə qarşı çıxmağa çağırıblar.
Publika.az xəbər verir ki, müraciət Almaniyanın “Deutsche Welle” nəşriyndə dərc edilib.
“Yoldan çıxmayın: “Şimal axını-2” heç də yalnız Rusiya qazını gətirməyəcək, Baltika dənizinin dibi üzrə Avropaya həmçinin Rusiya təsiri axacaq və qaz kəməri Moskvaya Ukraynanın müstəqilliyini daha güclü pozmağa imkan verəcək”, - diplomatların şərhində deyilir.
Göstərilir ki, Almaniya və başqaların onların qonşuları tərəfindən ifadə olunan narahatçılığı diqqətlə qəbul etməlidir. Onlar vurğulayıblar ki, qaz kəməri layihəsini dayandırmaq üçün Avropanın hələ vaxtı var.
“Boru kəmərinin tamamlanması uzaqdır, onun işə salınması daha uzaqdır. Avropanın qərar qəbul etmək və bu layihəni dayandırmaq üçün vaxtı var, amma vaxt azdır”, - məqalədə deyilir.
Daha əvvəl KİV yazıb ki, Fransa faktiki olaraq, “Şimal axını-2” layihəsinə qarşı çıxaraq Avropa İttifaqının qaz təlimatına düzəlişləri dəstəkləmək niyyətindədir. Yanvarda ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell bir sıra şirkətlərə məktub göndərib. Məktubda bildirilirdi ki, “Şimal axını-2” özü ilə ciddi geosiyasi nəticələr gətirəcək.
Daha sonra Berlindən cavab veriblər ki, ABŞ-ın sanksiyaları layihənin reallaşdırılmasını dayandıra bilməyəcək.
Ömər
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”




























.webp)










