Avropa
Skripalı zəhərləyən üçüncü rusiyalının adı açıqlandı
Solsber şəhərində Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş zabiti Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsində şübhəli bilinən üçüncü şəxs (Aleksandr Petrov və Ruslan Boşirovun adı daha əvvəl çəkilirdi red.) var.
Publika.az xəbər verir ki, bu haqda Britaniyanın “The Telegraph” nəşri bildirb.
Jurnalistlərin iddiasına görə, rusiyalını Sergey Fedotov çağırırlar. Xəbərə görə, o, Böyük Britaniyadan öz uçuşunu ləğv edib və mümkündür ki, əvvəlki kimi ölkə ərazisindədir. Müxtəlif məlumatlara görə, Fedotov zəhərli maddəni ölkəyə gətirə, Skripalın hərəkətini izləyə və ya ümumiyyətlə, əməliyyata rəhbərlik edə bilərdi. KİV-in bir başqa versiyasına əsasən, o, kəşfiyyat missiyasını yerinə yetirə və Skripalın evdən çıxacağı vaxtı Petrovla Boşirova deyə bilərdi.
Adsız mənbə KİV-ə bildirib ki, Fedotov guya digər iki rusiyalı ilə birlikdə Moskvaya təyyarə reysinə qeydiyyatdan keçib, amma son anda səfərdən imtina edib.
“Məlum deyil ki, Fedotov reysdən niyə imtina etdi. Amma o, son dəqiqədə özünün və yükünün qeydiyyatını ləğv etdi. Mümkündür ki, indiyə qədər Britaniya ərazisindədir”, - Mənbə nəşrə bildirib.
Qəzetin fikrincə, Fedotov Böyük Britaniyaya əsl adı ilə gəlməmişdi. Yazının müəllifləri istisna etmilər ki, üçüncü şübhəli Sergey Skripalın sağ qalmasından sonra ölkədə qalıb.
London polisindən bildiriblər ki, istintaq hazırda müxtəlif versiyaları öyrənir, həmçinin başqa şübhəlilərin şəxsiyyətinin müəyyən olunması istiqamətində iş aparır.
Xatırladaq ki, Sergey Skripal və qızı Yuliya ötən ilin mart ayında Briyaniyanın Solsber şəhərində sinir-iflic maddəsiylə zəhərlənmişdi. London və Vaşinqton hadisəyə görə Rusiyanı ittiham edib. Moskva isə bütün ittihamları qəti surətdə rədd edir.
Britaniya prokurorluğu 2018-ci il sentyabrın 5-də Aleksandr Petrov və Ruslan Boşirova 4 maddə üzrə ittiham təqdim edib. London iddia edir ki, Petrov və Boşirov QRU əməkdaşıdır, onları müvafiq olaraq Aleksandr Mişkin və Anatolu Çepiq çağırırlar. Şübhəlilərin özləri “Russia Today” telekanalına müsahibəsində bildiriblər ki, turist olaraq Solsberdə olublar və Skripal haqqında heç nə bilmirdilər.
Ömər
-
Hadisə19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm
-
Region12:12Ermənistan-İran sərhədində körpünün tikintisinə nə vaxt başlanacaq? - Xəbər-ətər yoxdur
-
Nida Xəbər 10:27Bu ölkəyə də vizasız gedə biləcəyik
-
Dünya09:48Mayamidən İstanbula, oradan da İtaliyaya uçdu: Çantasından qurudulmuş baş çıxdı - FOTO












.jpg)




.jpg)















.png)





