Avropa
Rusiyanın strateji obyektləri belə sıradan çıxarılacaq – ŞOK PLAN
Baltikyanı regionda yaradılan NATO-nun kiberstrukturu Rusiyada kritik əhəmiyyətli obyektlərə hücumlar etmək və onları sıradan çıxarmaq üçün nəzərdə tutulub.
Publika.az xəbər verir ki, bu haqda Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Mixail Popov “Qırmızı ulduz” qəzetinə müsahibəsində bildirib.
Popov xatırladıb ki, qlobal informasiya məkanı artıq bir çox mütəxəssis tərəfindən yeni hərbi hərəkət teatrı kimi qəbul edilir.
“Bu baxımdan, ABŞ və onun NATO üzrə müttəfiqləri kiberməkanda aktiv hərəkətlərə və bu sfera üzərində ümumi nəzarətin təmin olunmasına xüsusi diqqət ayırırlar. Riqa və Tallində strateji kommunikasiyalar mərkəzinin yaradılması genişmiqyaslı informasiya müharibəsinin aparılmasına hədəflənib. Potensial rəqibin kritik əhəmiyyətli obyektlərinin sıradan çıxarılması göstərilən strukturların əsas hədəfidir. Hər şeydən əvvəl, söhbət Rusiyanın dövlət idarəçiliyi sistemi, maliyyə institutları, müəssisələri, elektrik stansiyaları, dəmiryol vağzalları və aeroportların fəaliyyətinin pozulmasından gedir”, - o qeyd edib.
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika2 Noyabr 12:50Ərdoğan İlham Əliyevi təbrik etdi


















.jpg)













.jpg)
.jpg)

