Avropa
G7 liderləri Rusiyanın G8-ə qayıtmasını müzakirə etdilər
G7 (“Böyük yeddilik”) ölkələrinin liderləri Fransanın Biarritz şəhərində keçirilən sammitdə Rusiyanın iştirakıyla G8 (“Böyük səkkizlik”) formatına qayıdış haqqında məsələni müzakirə ediblər.
Publika.az “RİA-Novosti” agetliyinə istinadən xəbər verir ki, bu haqda yapon hökumət dairələrindəki mənbələrə istinadən “Kiodo” agentliyi bildirib.
Mənbə müzakirələrin məzmununun isə açıqlanmayacağını söyləyib.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp 2020-ci ildə ABŞ-da keçiriləcək G7 sammitinə Rusiyanın dəvət edilməsi ilə bağlı Fransa lideri Emmanuel Makronun təklifi ilə razılaşıb. Rusiya prezidenti Vladimir Putin, öz növbəsində, bildirib ki, Rusiya G7 ölkələri ilə istənilən əlaqələri faydalı hesab edir və G8 formatının bərpasını istisna etmir. Almaniya kansleri Angela Merkel isə G8 formatının yenilənməsini Ukrayna münaqişəsinin nizama salınmasında irəliləyişlə bağlayıb.
Xatırladaq ki, Rusiya Ukraynadakı hadisələrlə əlaqədar 2014-cü ildə G8 formatından çıxarılıb və birləşmənin qərb iştirakçıları G7 formatına qayıtmağa qərar veriblər.
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto































.jpg)
