Avropa
Fransaya getmək istəyənlərin NƏZƏRİNƏ - QAYDALAR DƏYİŞDİ
Fransa hökuməti ali təhsilli şəxslərin ölkəyə köçməsilə bağlı kvota tətbiq edəcək.
Bu barədə ölkənin baş naziri Eduard Filip mətbuat konfransında bildirib.
Ümumiyyətlə 2022-ci ildə keçiriləcək növbəti prezident seçkiləri ərəfəsində ölkəyə miqrant axınının tənzimlənməsi məsələsinin gündəmdə başlıca yer tutacağı güman edilir.
Sentyabr ayında Fransa prezidenti Emanuel Makron qarşıya imiqrantlara layiqli həyat şəraiti təmin etmək məqsədi qoyulursa, hər istəyəni qəbul etmək iqtidarında olmadıqlarını açıqlamışdı. Belə ki, 2017-ci il prezident seçkilərindən sonra Fransaya köçmək arzusunda olanların çoxaldığını, bununla belə “çox da cazibədar ölkə olmaq lazım deyil” deyən dövlət başçısı Avropa ölkələrinin miqrasiya sahəsində lazımi səviyyədə əməkdaşlıq etmədiklərini də dilə gətirib.
Qeyd edək ki, 2022-ci il seçkilərində E.Makronun miqrantlara qarşı çıxan “Milli Toplantı” partiyasının lideri Marin le Peni əsas rəqib qismində gördüyü bildirilir.
KİV-in məlumatına görə, Fransa rəsmi qurumlarına 2018-ci ildə 122 743 sığınacaq müraciəti təqdim olunub ki, bu da əvvəlki illə müqayisədə 22 faiz çoxdur. (report)
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR











.jpg)

.jpg)



.jpg)





















