Avropa
Rusiya ilə müharibə etmək istəyən tarixi oxusun - Deputat
Rusiyaya qarşı hər hansı hərbi əməliyyat keçirməmişdən öncə II Dünya müharibəsinin tarixini oxumalarını və yenidən düşünmələrini tövsiyə edirəm.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiya ilə müharibə hazırlığı üçün NATO-nun “Defender Europe 2021” təlimlərinə ehtiyacı olması barədə Ukraynanın Donbas üzrə nümayəndəsi Aleksey Arestoviçin açıqlamasına münasibət bildirən Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet deyib.
O, Ukrayna və NATO-nun Krıma mümkün hücum planlarının məyusluqla nəticələnəcəyini bildirib:
"Maskalar tamamilə çıxarıldı. Belə bir açıqlamadan sonra Qərbdə heç kim NATO-nun təcavüzkar mahiyyətini inkar edə bilməyəcək. Rusiya yalnız sərhədlərə yaxınlaşan düşmənləri deyil, komandanlıq mərkəzlərini də məhv edə biləcək silahlara sahibdir. Rusiya ilə güc dilində danışmaq olmaz, çünki bunu edənlər ağır cavab ala bilər. Krımlıların isə qorxacağı bir şey yoxdur. Yarımada etibarlı şəkildə qorunur. Lakin bütün bu hərbi əməliyyatlara hazırlığın Kiyevdə deyil, ABŞ-da olduğunu bilirik. Buna görə Avropa ölkələrini ABŞ-a yerini göstərməyə və gələcəkdə Avropanın işlərinə qarışmasına imkan verməməyə çağırırıq. NATO üzvlərini Avropa ölkələrindən qovmağın vaxtı gəldi”.
Qeyd edək ki, Ukraynanın Donbas üzrə üçtərəfli danışıqlar qrupundakı nümayəndəsi Aleksey Arestoviç Rusiya ilə müharibə hazırlığı üçün NATO-nun “Defender Europe 2021” təlimlərinə ehtiyacı olduğunu bildirib.
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ


































