Avropa
Zelenski Merkeli "Azadlıq" ordeni ilə təltif etdi
Ukrayna prezidenti Vladimir Zelenski Almaniyanın federal kansleri Angela Merkeli “Azadlıq” ordeni ilə təltif edib.
Publika.az xəbər verir ki, müvafiq fərman dövlət başçısının saytında dərc edilib.
"Ukrayna-Almaniya dövlətlərarası əməkdaşlığının gülcəndirilməsində, Ukraynanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə dəstək verilməsində görkəmli xidmətlərinə görə qərara alıram: Almaniyanın Federal kansleri Angela Merkel “Azadlıq” ordeni ilə mükafatlandırılsın", - fərmanın mətnində deyilir.
Orden Ukraynanın suverenliyinin və müstəqilliyinin bərqərar olması, Ukrayna cəmiyyətinin birliyinin möhkəmləndirilməsi, demokratiyanın inkişafı, sosial-iqtisadi və siyasi islahatların aparılması, insan və vətəndaş konstitusiya hüquq və azadlıqlarının qorunması sahəsində görkəmli və xüsusi xidmətlərinə görə vətəndaşları mükafatlandırmaq üçün təsis edilib.
Qeyd edək ki, Angela Merkel bir günlük rəsmi səfərlə Ukraynadadır. O, bu gün Zelenski ilə görüşüb. ("Report")
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO





































