Avropa
London kazinosunda 26 milyon uduzub "aradan çıxan" kimdir?
Londonun “Les Ambassadeurs” kazinosu çinli milyarderə qarşı məhkəmə iddiası qaldırıb və onun bir neçə il əvvəl uduzduğu milyonlarla dolları vermədiyini bildirir. İddiada məhkəmədən xahiş edilir ki, milyarderin aktivləri bloklansın.
Milyarder Yu Sonqbo 2018-ci ilin aprelində “Les Ambassadeurs” kazinosunda 26 milyon dollar uduzub. Bir müddət sonra biznesmen kazino rəhbərliyi ilə borcun 3 milyon dollar azaldılması barədə razılığa gəlib və 10 milyon dollara yaxın ödəyib. Lakin daha sonra “yoxa çıxıb” və kazino nümayəndələri onunla təmas qura bilməyib, nəticədə məhkəməyə müraciət olunub.

“Les Ambassadeurs” kazinosu Londonda məşhurdur və bir çox Ceyms Bond filmlərində adı çəkilir. Bu kazino-kluba illik üzvlük haqqı 33 min dollardır.
Kazinoda uduzub pulu verməyən çinli milyarder isə Çində yerləşən “Herun Group” şirkətinin sahibidir, bu şirkət daşınmaz əmlak, enerji nəqli, gəmiqayırma, logistika və sənaye investisiyası kimi sahələrdə fəaliyyət göstərir.(virtualaz.org)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
