Avropa
Bolqarıstan 70 rus diplomatını ÖLKƏDƏN QOVDU
Bolqarıstan Rusiyanın Sofiyadakı səfirliyinin 70 əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib.
Publika.az BTA agentliyinə istinadla xəbər verir ki, bu barədə Bolqarıstanın baş naziri Kirill Petkov məlumat verib.
Bolqarıstan hökumətinin başçısı qeyd edib ki, Rusiya səfirliyinin əməkdaşlarının çoxu xarici kəşfiyyata işləyir və “onların diplomatik rolu sadəcə pərdəçilikdir”.
Petkov rus diplomatlarının hansı fəaliyyətə görə çıxarıldığını açıqlamayıb, çünki bu məlumat məxfidir.
“Mən təkcə Rusiyaya deyil, bütün ölkələrə müraciət etmək istərdim ki, Bolqarıstanın maraqlarına zidd işləyən hər kəs gəldiyi ölkəyə deportasiya ediləcək”, - baş nazir bildirib.
Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri tərəfdaş ölkələr Rusiya diplomatik missiyalarının 443 əməkdaşını ölkədən çıxarıb.
Hüseyn İbadllı
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO











.jpg)














.jpg)
.jpg)









