Avropa
Piyada 6,5 min kilometr qət edərək Məkkəyə çatdı - FOTO
Britaniyalı zəvvar Adəm Məhəmməd piyada 6,5 min kilometr məsafə qət edərək Məkkəyə çatıb. İndi o, Həcc ziyarətinə hazırlaşır.
Publika.az rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, 52 yaşlı britaniyalı zəvvar 11 ay və 26 gün ərzində Niderland, Almaniya, Çexiya, Macarıstan, Rumıniya, Bolqarıstan, Türkiyə, Livan, Suriya və İordaniya ərazilərindən keçərək Səudiyyə Ərəbistanına daxil olub. O, sutkada orta hesabla 17,8 kilometr məsafə qət edərək Məkkədəki Ayişə məscidinə çatıb. Burada britaniyalı zəvvarı yerli sakinlər və Londondan Həcc ziyarətinə gəlmiş iki qızı qarşılayıblar.
Adəm Məhəmməd bildirib ki, COVID-19 pandemiyasının tüğyan etdiyi ötən iki ildə müqəddəs Quran oxuyub və Həcc ziyarətinə getməyi arzulayıb. Britaniyadakı xeyriyyəçilər ona və iki qızına bu arzularını yerinə yetirməkdə yardım ediblər.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
















.jpg)




















.jpg)

.jpg)