Avropa
Serbiya Şimali Makedoniyada konsulluq açdı
Serbiya Şimali Makedoniyanın Ohrid şəhərində konsulluq açıb.
Publika.az xəbər verir ki, bununla bağlı keçirilən mərasimdə Serbiyanın xarici işlər naziri Nikola Selakoviç, Baş nazirin müavini Slavitsa Qrkovska, ədliyyə naziri Nikola Tupançevski və mədəniyyət naziri Bisera Kostadinovska Stoyçevska, Ohrid şəhərinin meri Kiril Petsakov və digər rəsmilər iştirak ediblər.
Serbiyanın xarici işlər naziri N.Selakoviç iki ölkə arasında əlaqələrin ortaq tarixə və xalqlar arasında sıx əlaqələrə əsaslandığını və çox sahədə yaxşı münasibətlərin qurulduğunu deyib. Bildirib ki, regionda sülhün və sabitliyin qorunması üçün qonşu ölkələrlə əməkdaşlıq və Avropa İttifaqına tamhüquqlu üzv olmaq Serbiyanın xarici siyasətinin prioritetləridir.
Qeyd edək ki, Şimali Makedoniyanın turizm bölgəsi olan Ohriddə açılan konsulluq ölkələr arasında ikitərəfli dostluq və mehriban qonşuluq münasibətlərinin nümunəsi kimi qiymətləndirilir.
-
Sosial19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...






































