Avropa
Casusluqda ittiham edilən vətəndaşlar ölkədən qovuldu
Burkina-Faso hakimiyyəti casusluq fəaliyyətinə görə saxlanılan iki Fransa vətəndaşını ölkədən çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə "Burkina Xəbər Agentliyi" məlumat yayıb. Bildirilib ki, həmin şəxslər dekabrın 18-nə keçən gecə Afrika ölkəsinin ərazisini tərk ediblər. Agentliyə daxil olan məlumata görə, onlar Burkina-Fasonun müdafiə və təhlükəsizlik qüvvələrinin fəaliyyətinə maraq göstəriblər ki, bu da onların izinə düşməyə imkan verib.
Deportasiya edilənlərin kimliyi, eləcə də iş yeri və hərəkətlərinin xarakteri açıqlanmır. Burkina-Fasoda hökumətin dekabrın 3-də verdiyi sərəncamla Fransanın "Radio France İnternationale" (RFI) radiostansiyası səlahiyyətlilərin yerli əhalini qorxutduğu və vətəndaşların ölkəni müdafiə etmək üçün səfərbər olmasının qarşısını almaq səylərində terrorçu qruplara kömək etdiyi barədə məlumat yaydığına görə fəaliyyətini dayandırıb.
Akqabay
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir


































