Avropa
2040-cı ilə qədər bütün daxili uçuşları elektrik təyyarələri həyata keçirəcək
Qərb hökumətləri hava yollarının elektrik təyyarələrinə keçməsi üçün subsidiyaların həcmini artırmalı və bununla da atmosferə karbohidrogen emissiyalarını azaltmalıdır.
Publika.az xəbər verir ki, bu fikri “Financial Times” qəzetinə müsahibəsində İsveçin "Heart Aerospace" elektrik təyyarələrinin inkişafı üzrə startapının baş direktoru Anders Forslund deyib.
“Qaydaları qoyan hökumətlərdir. Aviaşirkətlərin iqtisadi stimulları olmalıdır. Bizə təkan lazımdır və bu təkan indi baş verməlidir”, - Forslund bildirib.
“Heart Aerospace” şirkətinin rəhbəri vurğulayıb ki, aviaşirkətlər daha çox qısamüddətli qazanc əldə etməyə yönəlib. O, əlavə edib ki, Norveç subsidiyalar sayəsində 2040-cı ilə qədər bütün daxili uçuşları elektrik təyyarələrinə keçirməyi planlaşdırır.
"Heart Aerospace" özü 2028-ci ilə qədər elektrik mühərriki ilə hərəkət edən 30 yerlik təyyarə buraxmaq niyyətindədir.
Bildirilib ki, "Microsoft"un karbon-mənfi strategiyasının bir hissəsi olaraq Xbox Series X və S konsollarına 20 dəfəyə qədər az enerji sərf edən Kapatma rejimi əlavə edilib.
Aytən Məftun
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər



































