Avropa
"Bəbirlər" Avropanı içəridən PARÇALAYIR - "RİDUS"
Ukraynaya "Leopard 2" tankları verməkdən imtina etdikdən sonra Berlinə təzyiqlər güclənib.
Publika.az "Ridus"a istinadla xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Cozef Borel Almaniyanı tankların tədarükündə əsas əyləc adlandırıb. Polşanın baş naziri Mateusz Moraviecki isə heç kimin icazəsi olmadan alman tanklarını Ukraynaya köçürmək üçün bir yol tapacağını vəd edib.
Moraviecki almanların davranışını qəbuledilməz adlandırıb və Berlindən “Leopard 2” tankları ilə silahlanmış digər ölkələrin onları Ukraynaya göndərə biləcəyi sualına dəqiq cavab tələb edib.
Berlin "Leopard"ların tədarükü ilə razılaşmasa, Polşa Ukrayna Silahlı Qüvvələri ilə tankları bölüşməyə hazır olan dövlətlərdən ibarət koalisiya yaratmaq niyyətindədir.
"Ukrayna və Avropa bu müharibədə Almaniya ilə və ya Almaniyasız qalib gələcək!" - Polşanın baş naziri PAP agentliyinə müsahibəsində bildirib.
Məsələ burasındadır ki, mövcud beynəlxalq qaydalara görə, silahın başqa ölkəyə verilməsi üçün istehsal edən ölkənin razılığı lazımdır. Və çətin ki, Varşava Polşa ordusu üçün əsas silah tədarükçüsü olan Almaniya ilə münasibətləri tamamilə korlaya bilsin.
Hüseyn İbadlı
-
Avropa14:45NATO-dan Rusiyaya mesaj: Son 20 ilin ən böyük hava-desant əməliyyatı keçirildi
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Magazin213:40Güllə yarası alan reper öldü - İntihar edib?
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO


































