Avropa
Moldova MDB ölkələri ilə müqavilələri pozmağa başladı
Moldova MDB ölkələri ilə 20-yə yaxın müqaviləni aktuallığına yenidən baxıldığına görə denonsasiya edir.
Publika.az xəbər verir ki, bunu baş nazirin müavini, xarici işlər naziri Niku Popesku deyib.
"Məlumat verə bilərəm ki, bu günlərdə biz MDB ilə onlarla sazişin denonsasiyası prosesindəyik, nazirliklərimiz MDB çərçivəsində imzalanmış bir çox sazişlərin aktuallığını təhlil ediblər. Siyahını tərtib edirik, dərc edirik. Xarici İşlər Nazirliyinin xətti ilə 20-yə yaxın saziş denonsasiya olunacaq", - o bildirib.
Onun sözlərinə görə, ümumilikdə MDB ölkələri ilə 300-ə yaxın müqavilə bağlanıb:
"Moldova Avropa İttifaqına daxil olmağa çalışır, ona görə də hansı sazişlərin Avropada qanunvericiliyə uyğun gəlmədiyini təhlil edir. İşin dayandırılması bir qədər vaxt aparacaq"
Moldova Prezidenti Maya Sandu MDB-dən çıxmaq fikrində deyil.
Kremldən məlumat verilib ki, Sandu Birliyin fəaliyyətində iştirak etmir. Moldova Ukraynadakı münaqişəyə görə Rusiya ilə münasibətləri dayandırıb.
Hüseyn İbadlı
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin






















.webp)
.png)










.jpg)
.jpg)