Avropa
Rusiyanı qiymətləndirməməliyik: Ukrayna bizim üçün... - NATO
NATO-nun baş katibi Yens Stoltenberq Haaqada NATO-ya üzv 7 ölkənin başçıları ilə görüşü zamanı Rusiyada baş verən son hadisələri şərh edib.
Publika.az xəbər verir ki, NATO-nun baş katibi vurğulayıb ki, sammit Ukraynaya sadiqliyin açıq siqnalı olacaq.
“Bu, Rusiyanın daxili işidir, amma bir şey aydındır. Prezident Putinin Ukraynaya qarşı qeyri-qanuni müharibəsi fikir ayrılıqlarını dərinləşdirdi və Rusiyada gərginlik yaratdı”, - Stoltenberq bildirib.
"Biz Rusiyanı qiymətləndirməməliyik, ona görə də Ukraynanı dəstəkləməyə davam etmək bizim üçün daha vacibdir"- deyiə o vurğulayıb.
O, Hollandiyaya və digər hazırkı müttəfiqlərə hərtərəfli yardım paketi və F-16 döyüş təyyarələri üçün ukraynalı pilotların təlimi də daxil olmaqla dəstəyə görə təşəkkür edib.
Stoltenberqin sözlərinə görə, Vilnüs sammitində “Ukrayna üçün çoxillik proqram razılaşdırılacaq və siyasi əlaqələr yaxşılaşdırılacaq ki, bu da Ukraynanı NATO-dakı layiqli yerinə yaxınlaşdıracaq”.
İştirakçılar həmçinin NATO-nun alyansın müdafiəsini gücləndirmək üzrə növbəti addımlarını, həmçinin müdafiə sektoruna investisiyalar istiqamətində daha iddialı öhdəlikləri müzakirə ediblər.
Ayşən
-
Avropa15:30Kiyev şokda: Bolqarıstan daha Ukraynaya silah tədarük etməyəcək
-
MDB15:13Daha bir dəhşətli müharibə statistikası: 1 gündə 1085 döyüşçü itirdilər
-
Hadisə14:38Ordubadda qəzaya düşən deputatın vəziyyəti açıqlandı
-
Cinayət dünyası14:00Dibçəkdə yatızdırdılar, meyiti aylarla evdə gizlədib yandırdılar - FOTOLAR
-
Ekologiya13:09Sabahın hava proqnozu açıqlandı
-
Avropa12:57Qara dənizə ABŞ kəşfiyyat təyyarəsi qaldırıldı
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA

























.png)









